Allah'ın köməyini və dəstəyini qazandırır...
Quranda "...Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir" (Həcc surəsi) ayəsi ilə Allah dininə bağlananlara dünya həyatında kömək edəcəyini vəd etmişdir.
Quranda Allah'ın möminlərə olan bu köməyinə nümunə olaraq, Talut və ordusunun həyatından bəhs olunmuşdur. Calutun ordusuna qarşı vuruşan Talutun ordusundakı insanlardan bəziləri zəiflik göstərmiş və vuruşmağa gücləri olmadığını söyləmişlər. Həqiqətən, iman gətirmiş və Allah'a şövqlə qulluq edənlər isə: "Neçə-neçə az saylı dəstələr Allah'ın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" (Bəqərə surəsi, 249) - deyərək cəsarət göstərmiş və Allah'ın yardımına sığınmışlar. Allah bu saleh qullarını yardımı ilə dəstəkləmiş və çox kiçik dəstə olduqları halda, onları Calutun ordusuna qalib etmişdir. Quranda Allah'ın bu yardımı belə izah olunmuşdur:
Talut qoşunla birlikdə yola düşdükdə (əsgərlərinə) dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir". Onların az bir qismi istisna olmaqla, (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: "Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq". Allah'la qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: "Neçə-neçə az saylı dəstələr Allah'ın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" Allah səbir edənlərlədir. Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: "Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!" (Möminlər) Allah'ın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır. (Bəqərə surəsi, 249-251)
Bununla yanaşı, Allah Ona qəlbən təslim olan şəxslərin qəlblərinə bir inam və hüzur duyğusu verərək onların imanlarını artırır və mənəviyyatlarını gücləndirir. Bu, Allah'ın dinə şövqlə bağlanmalarına qarşı möminlərə etdiyi köməkdir. Qəlblərində yaşadıqları bu hüzur və inam duyğusu müsəlmanların hansı çətinlik və sıxıntı ilə qarşılaşmasından asılı olmayaraq, şövqlərini itirməmələrinə və əsla zəiflik göstərməmələrinə kömək edir. Quranda Allah'ın möminlərin şövqlərinə qarşı verdiyi dəstək belə bildirilir:
Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allah'ındır. Allah biləndir, müdrikdir. (Fəth surəsi, 4)
Möminlər ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. (Fəth surəsi, 18)
Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. (Tövbə surəsi, 26)
Quranda inkar edənlərin Peyğəmbərimizi öldürmək üçün tələ qurduqları anda Allah'ın hz. Muhəmmədi (s.ə.v) qatından hüzur və inam duyğusu ilə dəstəklədiyi bildirilir:
Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına dedi: "Qəm yemə, Allah bizimlədir!" Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah'ın sözü ucadır. Allah qüdrətlidir, müdrikdir. (Tövbə surəsi, 40)
Allah'ın Quran ayələri ilə bildirilən bu köməyi və dəstəyi möminlərin şövqləri sayəsində dünyada alacaqları qarşılıqlardan biridir. Axirətdə alacaqları qarşılıq isə, şübhəsiz ki, daha böyükdür.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən