Nemətlərə və gözəlliklərə olan həyəcan...
Nemət və gözəlliklərdən ən çox təsirlənən və ən çox zövq alan möminlərdir. Çünki onlar hər şeyi Allah`ın yaratdığını bilir, hər hadisə və varlığa Allah`dan özlərinə verilən nemət olaraq baxırlar. Bu səbəbdən, eyni gözəllik onlar üçün digər insanlarda olduğundan daha böyük məna ifadə edir.
Gözəlliklərə olan həyəcan hisslərinin bir səbəbi də möminlərin digər insanların görə bilmədiyi incəlikləri görmələridir. Çünki ağıllarından lazımi kimi istifadə etməyən və hadisələr üzərində dərin düşünməyən insanlar, ümumiyyətlə, hadisələrin ancaq xarici, yəni səthi qismini qavrayırlar. Bu səbəblə, bunlardan aldıqları zövq də eyni şəkildə məhdud olur. İman edənlər isə qarşılarına çıxan hər şeyə iman və hikmət gözü ilə baxırlar. Buna görə də zövq alıb həyəcanlanmaq üçün gözəllik görməyi bacarırlar.
Möminlərin gözəlliklərdən daha çox təsirlənmələrinin başqa bir səbəbi də budur: Allah`a qarşı təkəbbürlü olan Onun yaratdığı gözəllik və ya möcüzələri görə bilməz. Çünki Allah`ın gücünü təqdir etdiyində öz acizliyini də qəbul etmək durumunda qalır. Bu vəziyyəti qəbul etmədiyi üçün gözəllikləri görsə də, bundan təsirlənməmək üçün mütləq bir şərh tapır və həyəcanını aparmağa çalışır. Möminlər isə qürur və təkəbbürdən uzaq insanlardır. Ayrıca, Allah`a möhtac olduqlarını düşünür, buna görə, gözəllikləri təqdir edib Allah`ın ehtişamlı yaratmasına şahidlik etməkdən çəkinmirlər. Gözəlliklərə qarşı təbii reaksiya verir və səmimi həyəcanı daha çox yaşayırlar.
Məsələn, göz oxşayan rəng və xoş ətirli gül görəndə bunun Allah`ın "Cəmil" (gözəl olan) isminin, yəni Allah`ın gözəlliyinin təcəllisi olduğunu düşünür və daxilən bunun həyəcanını yaşayırlar. Sonra isə təcəllisini belə təsirli və göz oxşayan şəkildə yaradan Allah`ın zatının bundan nə qədər üstün və sonsuz gözəlliyə sahib olduğunu təfəkkür edir və dolayısilə, həyəcan hissi keçirirlər.
Bütün bu gözəlliklərin onlar üçün yaradıldığını və bunun Rəbbimizdən onlara lütf olduğunu düşünürlər. Beləliklə, Allah`ın onları sevdiyini bilir və bunun həyəcanını yaşayırlar. Bundan başqa, bu gözəlliklərin bir çox insan üçün məna ifadə etmədiyinin fərqindədirlər və bu da Allah dostu kimi onlara xüsusi bir zövq verir. Allah`ın onlara bu gözəllikləri görmək imkanı yaratdığına, bunları qarşılarına çıxarmasına şükür edərlər.
Yenə Allah`ın onlara bu nemətləri görən sağlam gözlər, şüur açıqlığı və səmimi iman verdiyinə görə həyəcan duyarlar.
Bir çox insan mənəvi yöndən zəif olduğuna görə, gözəlliklərdən həzz ala bilmir. Lakin Allah möminləri seçmiş, onlara imanı sevdirmişdir və bu imanın sayəsində də gözəlliklərdən zövq almaq möminlərə xüsusi sevinc bəxş edir.
Bundan başqa, nemətlərdəki müxtəliflik, mükəmməl yaradılış və onlardakı sonsuz ağıl da yenə Allah`a olan heyranlıqlarını və Onun sənəti qarşısında duyduqları həyəcanı artırır.
Allah`ın "Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allah`ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur" (İbrahim surəsi, 34) ayəsi ilə də xatırlatdığı kimi, möminlər dünya nemətlərinin bitib tükənməyən müxtəlifliyi qarşısında həyəcanlı olurlar.
Allah`ın onlara lütf etdiyini və diləsəydi, bundan çox azını vermiş olacağını düşünür, nemətlərə şükür etməyin həyəcanını yaşayırlar.
"Yadınızı salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: "Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən, şiddətlidir!"" (İbrahim surəsi, 7) ayəsi ilə bildirildiyi kimi, Allah`ın şükür edənlərə nemətlərini daha da artıracağını düşünmək da onlara həyəcan verir.
Allah`ın qədərdə onlara dünya həyatında nemət və gözəllik yaratdığına şükür edir, buna görə həyəcanlanırlar. İman edənlər Allah`ın onları qoruduğunu və onlara rəhm etdiyini hər an görür bunun Allah`ın lütfü olduğunu bilirlər. Necə ki, Allah rəhmətini dilədiyinə verir. Əgər insan gözəl və xoşbəxt həyat yaşayırsa, bu, yalnız Allah`dandır. Bu həqiqət bir çox ayədə vurğulanır: "Allah dilədiyini yaradar və seçər", "Qaranlıqlardan nura çıxarar", "Dilədiyini hidayətə çatdırar" və sairə. Nemət içində yaşayan mömin bunu Allah`a borclu olduğunu bilir və Allah`ın onu seçməsi, pisliklərdən onu uzaq etməsi, nemət və gözəllik içində yaşatması onu daha da həvəsləndirir. Şövq və həyəcanla Allah`a yönəlir, bütün hərəkətləri ilə Onu razı etməyə çalışır.
Dünyadakı gözəllikləri gördükcə cənnəti və oradakı gözəlliklərin nə qədər qüsursuz və mükəmməl olduğunu düşünür və bu gözəlliklərə qovuşmaq ümidi həyəcanını artırır.
Bunlar möminlərin gözəlliklər qarşısında həyəcanlandığı mövzulardan yalnız müəyyən olanlarıdır. Onların gözəlliklərdə gördükləri incəliklər isə burada sayılanlarla məhdudlaşmayacaq qədər çoxdur. Möminlər uzaqgörəndirlər və təfəkkür gücləri də son dərəcə yüksəkdir. Bu həzz imanın müsəlmanlara qazandırdığı böyük nemətdir və inkarçılar bundan tamamilə uzaqdır.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən