Dua edilərkən duyulan həyəcan...
Allah "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy, onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (Bəqərə surəsi, 186) ayəsi ilə bütün insanları dua etməyə çağırmışdır. Onlara şah damarından daha yaxın olduğunu, dua etdikləri vaxt onları eşitdiyini və dualarına qarşılıq verəcəyini müjdələmişdir. Allah'ın insanlara belə gözəl nemət verməsi qullarının hər söylədiyinə, hər düşündüyünə şahid olması möminlər üçün böyük həyəcan vəsiləsidir. Bu, Allah'ın möminlərə dost olduğunu, nəzarətinin hər an onların üzərində olduğunu və onlara hər an mərhəmət göstərdiyini bilməyin həyəcanıdır. Buna görə də iman gətirənlər də böyük şövq və ehtiyac içərisində Rəbbimizə sığınır və hər an hər mövzuda Ondan kömək diləyirlər.

Allah'a yaxınlaşmaq üçün bir vasitə olan tövbə etməyin gətirdiyi şövq və həyəcan...
İnsan səhv edə bilən bir varlıqdır. Hər şeyi bilməsi və qüsursuz olması, əlbəttə ki, mümkün deyil. Belə ki, dünya imtahan yeridir və insan buraya imtahan olunmaq üçün gəlmişdir. Əsl yurdu isə axirət olacaq. Buna görə də imtahan meydanı olan bu dünyada bir çox qüsuru olacaq. Əsas olan günah etməkdə israr etməmək, doğrunu görən kimi onun ardınca getmək və əvvəlki pis vərdişlərini tərk etməkdir. İnsan mükəmməli əldə edənə qədər bu müddət davam edir. Möminlər qüsurlu və aciz qul olduqlarını dərk edirlər. Etdikləri günahların ardınca bağışlanma diləyir, tövbə edirlər. Quranda vacib ibadət olaraq diqqət çəkilən tövbənin onlara qazandırdığı bir çox mənəvi gözəllik vardır.
Elə buna görə də möminlər səhv etdikdə əsla ümidsizliyə qapılmır, əksinə, Allah'ın bağışlayacağını bilərək rahat və şövqlü olurlar. Səhv etdiklərini başa düşdükləri anda vaxt itirmədən Allah'a sığınır və bağışlanma diləyirlər. Allah səmimi qullarının bu xüsusiyyətlərini Quranda belə bildirmişdir:
O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allah'ı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - günahları Allah'dan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərində israr etməzlər. (Ali – İmran surəsi, 135)
Allah'ın səmimi edilən tövbələri bağışlayacağını müjdələməsi iman gətirənlərə böyük ümid verir. Çünki nə qədər çox günahları olsa da, ölüm vaxtına qədər hər zaman təmizlənmək və cənnətə layiq olan əxlaqa qovuşa bilmək fürsətləri vardır. Allah Quranda insanlara olan rəhmətini və sevgisini belə açıqlamışdır:
Qullarıma mənim bu sözümü de: "Ey mənim özlərinə qarşı həddi aşmış qullarım! Allah'ın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən də, bağışlayandır, rəhimlidir!"
Allah'ın onlara qarşı şəfqətli və bağışlayıcı olduğunu görmək, Ona hər sığındıqda Rəbbimizin mərhəməti ilə qarşılıq görəcəklərini ummaq möminlərin qəlblərində dərin coşqu və həyəcan yaradır.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən