Sevgi və dostluq həyəcanı...
İnsanların böyük əksəriyyəti həyatı boyunca həqiqi sevgi və həqiqi dostluğu tapmadıqlarından şikayətlənir və bu duyğunu yaşamağın qeyri-mümkün olduğunu düşünürlər. Bu düşüncə cahiliyyə insanları üçün bir mənada doğrudur. Cahiliyyə sisteminin hakim olduğu insanlar arasında həqiqi sevgi və dostluğun yaşanması mümkün deyil. Çünki onlar bir-birlərini gəlir və mənfəətlərə görə sevərlər. Bu mənfəətlər sona çatdığında isə sevgi və dostluq zənn etdikləri yaxınlıq da sona çatır.
Sevgi və dostluğu ən yaxşı bilən və ən gözəl şəkli ilə yaşayanlar isə möminlərdir. Bunun ən əhəmiyyətli səbəbi kitabın əvvəlində də xatırlatdığımız kimi, onların bir-birlərini hər hansı bir mənfəət üçün deyil, yalnız vicdanlı və saleh qullar olduqları üçün sevmələridir. Onlar təqvalı olduqlarına və Allah`dan görə bir insanı sevər və onunla dostluq edərlər. Çünki təqvalı insan Allah qorxusundan dolayı, eyni zamanda, Quran əxlaqını da ən gözəl şəkildə yaşayan insan deməkdir. Quran əxlaqını yaşayan insan hansı xüsusiyyətlərin sevgi və dostluğa səbəb olduğunu bilir və bunları ən mükəmməl şəkildə həyata keçirər. Eyni şəkildə, qarşı tərəfin yaxşı xüsusiyyətlərini təqdir edə bildiyi üçün həqiqi mənada sevməyi də bilər.
Bu anlayış davam etdiyi və insanlar arasında Quran əxlaqı ən gözəl şəkildə yaşandığı müddətdə sevgi və dostluqdan duyulan həyəcan heç vaxt sona çatmaz. Bundan başqa, insanların əxlaqı gözəlləşdikcə sevgi və dostluqdan aldıqları həzz və həyəcan da davamlı şəkildə artar.
Onlar bir-birlərindəki mömin xüsusiyyətlərini, ixlas və səmimiyyəti, Allah qorxusunu, iman və vicdanı gördükcə daha da şövqlənərlər. Eyni şəkildə, möminlərin Allah`ın rizasını və sevgisini qazanıb axirətdə üstün mövqe sahibi olacağını ummağın həyəcanını da yaşayarlar. Çünki belə bir vəziyyətdə Allah`a çox yaxın, Ona dost olmuş və bəlkə də Allah`ın dost etdiyi biri ilə dost olmuş olacaqlar.
Ayrıca, onların sevgisi sonsuz birlik anlayışına dayandığı üçün heç vaxt sona çatmaz. Bu dünyada başlayan birlikləri ölümlə sona çatmaz, əksinə, daha da mükəmməlləşib axirətdə də sonsuzadək davam edəcək. Möminlərin sevgi anlayışı bu nöqtədə yenə cahiliyyə cəmiyyətinin sevgisindən fərqlənir.
Onlar sevgi və dostluqlarında sonsuz birliyə niyyət etmədikləri üçün sədaqət, vəfa və güvənlik anlayışları da onlara görə mənasını itirir. Dost olduqlarını iddia edən iki insan bu dostluğun müddətinə sərhəd qoymuşlarsa, bu, onların hər an dostluqlarına son verən qapını açıq qoyduqları mənasını verir. Hər iki tərəfin qarşılıqlı olaraq bu ehtimalı düşünməsi onları bir-birlərinə qarşı son dərəcə təmkinli və təlaşlı hala gətirir. Bu təmkin isə sevgi və dostluğun gərəyi olan səmimiyyəti ortadan qaldırır. Həmin insanların öz aralarındakı səmimiyyət məhduddur. Çünki dostluqlarının bitməsi durumunda göstərdikləri səmimiyyətin özlərinə zərər verəcəyini düşünürlər.
Saleh müsəlmanlarda belə hesab söz mövzusu olmaz. Sonsuzluğa niyyət etmək sonsuzadək sədaqət, sevgi və yoldaşlıqda qərarlılıq göstərmək deməkdir. Odur ki, möminlər sevgi və dostluqlarına üstünlük gətirən sonsuzluğa niyyət etməklə sevgidən böyük həzz duyarlar. Bu, sevdikləri insanlarla cənnətdə də birlikdə olmağı ümid etməyin və sonsuza qədər sevgilərində sadiq qalacaqlarını bilməyin həyəcanıdır.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən