Cahiliyyə cəmiyyətinin şövqü keçici həvəslərdən ibarətdir…
Cahiliyyə cəmiyyətinin şövq anlayışında diqqəti cəlb edən önəmli bir nöqtə də yaşadıqları bu həyəcanın tamamilə keçici həvəslərə söykənməsidir. Bir şeyə qarşı daxilən ani bir maraq və həyəcan duyub yenə bunu bir anda səbəbsiz yerə itirirlər.

Cahiliyyə cəmiyyətlərində hər insanın həyatında böyük bir şövqlə başladığı, ancaq qısa zaman sonra bezməklə və çətinlik görməklə yarımçıq buraxdığı saysız-hesabsız işlər vardır. Məsələn, musiqi aləti çalmaq üçün böyük istək duyan insanların bir çoxu qısa müddət sonra bu mövzudakı şövqlərini itirirlər və təhsillərini tamamlamadan buraxırlar. Yaxud yoxsullara kömək etmək üçün şövqlənən və dərhal işə başlayan bir insanın qısa müddət sonra həvəsi yox olur və bu işdən sıxıldığını düşünüb köməkdən imtina edir. Çünki bu insanlar həyatları üçün yüksək və şərəfli ideallar seçmirlər.
Yoxsullara kömək etmək, yaxşılıq etmək, özünü təkmilləşdirmək kimi mövzular bu insanlar üçün yalnız gəlib keçici həvəsdən ibarətdir. Bütün günü yaşamaq, ehtiyaclarını qarşılamaq, cəmiyyətin gözündə yaxşı yer qazanacaq qədər səy göstərmək bu insanlara bəs edir. Bunu əldə etdiklərini anladıqları nöqtənin irəlisində heç bir şey onlara müvəffəq olmaq üçün lazımi mövzu olmaz. Dolayısilə, ehtiyac və mənfəətləri xaricindəki işlərə bəzən qısa müddətli maraq duyurlar, ancaq bunları özlərinə ideal seçmədikləri üçün tez sıxılırlar.
Halbuki, bir insan etdiyi işin, həqiqətən, fayda və gözəllik gətirən bir şey olduğuna inanarsa, şövqü də sonadək davam edər. Ancaq dünya və axirətlə əlaqədar gerçəklərə arxa çevirib yaşayanların arxasınca getdikləri işlərin heç biri daimi şövq duymağa dəyəcək qədər əhəmiyyətli deyil. Bu səbəblə, hər şeydə şövqləri çox zəif olur və bu, tez itir. Ən kiçik çətinlik, müvəffəqiyyətsizlik və ya tənqiddə belə bir anda bezib yorulur və həvəsdən düşüb ideallarından imtina edilər. Yaxud asanlıqla ümidsizliyə düşür və "bu qədər əmək sərf etdim, heç bir nəticə ala bilmədim" kimi sözlərlə kədərlənib bütün şövqlərini itirirlər.
Məsələn, uzun illər memar olmağın həyəcanı ilə yaşayan bir adam layihə şəkillərində qarşılaşdığı çətinliklər səbəbi ilə hələ bu əməlini reallaşdırmadan bir anda bütün şövqünü itirir. Yaxud da şəkil çəkməyə həvəsli olan birisi ir neçə sınaqdan sonra bu işin təxmin etdiyindən daha çətin olduğunu görüb şəklə olan bütün marağını itirir.
Ən çox rast gəlinən nümunələrdən biri isə kömək və ya təsanüd birliklərinə qoşulmaqda görünür. Ümumiyyətlə, qəzet və ya dost çevrəsində belə birliklərdə könüllü olaraq çalışan insanlarla əlaqədar hər dinləyicinin xoşuna gələn şeylərdən bəhs olunur. Həftə sonları bu insanların birlikdə məktəbi rəngləməyə getdikləri, bunu edərkən vicdanən rahat olduqları və əyləndikləri bunları dinləyən insanlara cazibədar gəlir. Ancaq bunu yalnız hörmət qazanmaq üçün edənlər bir neçə dəfədən sonra bütün maraqlarını itirirlər.
Maraq və şövqlərini yenidən canlandırmağın tək yolu isə cəmiyyətdə bu işlərin təkrar eşitdirilməsi və bunu edən insanların təriflənməsidir. Əks halda, bir neçə dəfədən sonra həftə sonu erkən qalxmaq belə bəzi insanlara çox çətin gəlir və dərhal belə işlərdən imtina edirlər.
Halbuki, yaxşılıq və kömək etməyi Allah`ın rizasına çatmaq üçün vəsilə kimi görən möminlər bu mövzuda heç vaxt şövqlərini itirməzlər. Çətinliklərlə qarşılaşmaq bu ideallarından onları çevirməz. Əksinə, çətinliklərə baxmayaraq etdikləri işlərin Allah qatında böyük rizaya vəsilə olacağını düşünüb sevinir və daha da şövqlənirlər.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən