Möminlər arasında şövqlə yarışıb xeyirlərdə önə keçənlər vardır
Hər insanın imanı, Allah`a olan yaxınlığı və bağlılığı bir deyil. Allah möminlərin bu mövzuda öz aralarında müxtəlif dərəcələrdə olduqlarını bildirmişdir. Aralarında yarışıb önə keçənlərin olduğu kimi, orta yol tutanlar və ya qəlblərində xəstəlik olanlar da vardır:
Sonra kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allah`ın izni ilə yaxşı işlərdə irəli keçər. Bu, böyük lütfdür! (Fatir surəsi, 32)
Yarışıb önə keçənlərə bu gücü verən, əlbəttə ki, Allah`a olan bağlılıqları və hörmət dolu qorxularıdır. Daxilən səmimi imanları onlara Allah`ın rizasını qazanmaq yolunda yarışıb önə keçəcək qədər güclü şövq qazandırır. Quranda Allah yolunda malları və canları ilə səy göstərib önə keçən bu kəslərin Allah qatında dərəcə baxımından da üstün edildiyi bildirilmişdir:
Zərər çəkmədən əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına vəd etmişdir. Allah mücahidlərə oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir. (Nisa surəsi, 95-96)
Orta yolu tutanlar isə Allah`ın rizasını qazanmaq üçün canla-başla səy göstərmək olduğu halda, orta yolu seçən kəslərdir. Onların axirətdəki durumu, əlbəttə, yarışıb önə keçənlərlə eyni olmayacaq.
Allah "Aranızda elələri də vardır ki, ağır tərpənər" (Nisa surəsi, 72) ayəsi ilə mömin birliyi içində şövq baxımından geri qalan üçüncü qrup insana diqqət çəkir. Yuxarıda "Fatir" surəsindəki ayədə bildirildiyi kimi, bu insanlar öz nəfslərinə zülm edirlər. Qurana görə, bu adamların axirətdə alacaqları qarşılıq da fərqli olacaq. Yarışıb önə keçənlər Allah qatında böyük dərəcələrlə qarşılıq görərkən şövqsüz və ağır tərpənənlər tövbə edib bu durumlarını düzəltməsələr, etdiklərinin boşa getdiyini görəcəklər.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən