Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından...
Əvvəlki hissələrdə dediyimiz kimi, cahiliyyə cəmiyyətində insanların çoxu yaşadıqları cəmiyyətə, insanlarla olan əlaqələrinə, hətta ən yaxın dostlarına belə mənfəət gözü ilə baxırlar. Hər hansı bir çıxar mübahisəsi olduğunda isə heç tərəddüd etmədən öz mənfəətlərinə görə hərəkət edir və ən dəyər verdikləri insanları belə bir anda unudurlar. Çünki bu insanlar üçün öz mənfəətlərini qorumaq hər şeydən və hər kəsdən öndə gəlir.

Möminlər üçün isə durum çox fərqlidir. Əvvəlcə, onların şəxsi mənfəət kimi müstəqil məqsədləri yoxdur. Onlar üçün ancaq dinin və möminlərin mənfəətləri söz mövzusudur. Öz mənfəətləri onsuz da dinin və möminlərin mənfəətlərinin güdülməsi ilə ən mükəmməl şəkildə qorunmuş olur. Bunun xaricində dünyəvi mənada mənfəət qayğısı əsla çəkməzlər. Dünya həyatında onlar üçün ən əhəmiyyətli olan Allah`ın rizasını lap çox qazanmaqdır. Çünki onlara dünyada və axirətdə faydalı olan burada əldə etdikləri mənfəətlər deyil, Allah`ın rizasıdır. Allah rizası isə daima dinin və möminlərin mənfəətinə görə davranmaqdır. Odur ki, bunu dərk edən möminlər şövqlə hərəkət edir və həmişə dinin mənfəətlərini düşünürlər.
Burada "dinin mənfəətləri" dedikdə nəyin nəzərdə tutulduğunu açıqlamaq faydalıdır. Allah dinini bütün insanlara yol göstərici olaraq göndərmişdir. Dinin gərəklərini, Quran əxlaqının gözəlliyini, İslamın insanlığa gətirdiyi maddi və mənəvi bütün faydaları digər insanlara bildirmək isə müsəlmanlara verilmiş məsuliyyətdir. Müsəlmanlar bu məsuliyyəti həm şəxsən özləri yaşayıb ətraflarındakılara nümunə olaraq, həm də şifahi və ya yazılı şəkildə insanlara izah edərək yerinə yetirirlər. Tək bir insanın axirətinin qurtuluşuna vəsilə olmaq müsəlmanlar üçün əhəmiyyətli ibadətdir. Odur ki, burada dinin mənfəəti kimi nəzərdə tutulan ana mövzulardan biri budur. Müsəlmanlar dini təbliğ edərkən və insanların maddi-mənəvi hüzura qovuşmasına, həmçinin əxlaqsızlığın, haqsızlığın və zülmün qarşısının alınmasında öz mənfəətlərini düşünməzlər.
Belə vəziyyətdə möminlər lazım gələrsə, öz haqlarından da imtina edərlər. Bəziləri müsəlmanların bu səmimi seçimləri səbəbi ilə avam davrandıqlarını düşünə bilərlər. Cəmiyyətdə tez-tez istifadə edildiyi kimi, "dünyanı qurtarmaq sənə qalıb?" kimi səhv bir məntiqlə düşünənlər vardır. Ancaq durum onların zənn etdiyi kimi deyil. Möminlər öz mənfəətlərindən imtina edərkən dünyaya aid hər hansı bir hesabı düşünməzlər. Onlar etdikləri fədakarlığın qarşılığını Rəbbimizdən daha gözəli ilə gözləyirlər. Bu səbəblə, böyük şövqlə gözəl əxlaqı təbliğ edir, insanları əbədi qurtuluşa dəvət edirlər. Allah onların şövqlü qərarlılığına qarşılıq olaraq onlara imtina etdiklərindən daha xeyirlisini verəcəyini müjdələmişdir. Dolayısilə, öz şəxsi mənfəətlərini bir kənara qoyub dinin mənfəətlərini güdən insan dünya və axirətdə öz adına ən çox faydanı əldə etmiş olur. Çünki göstərdiyi şövqlü davranışı ilə həm Allah`ın rizasını qazanır, həm də ayədə bildirildiyi kimi, dünya və axirətdə gözəl həyatı ümid edir.
Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik (Nəhl surəsi, 97)
Möminlərin bu mövzudakı şövqlü davranışlarına gündəlik həyatın bir çox mərhələsində rast gəlmək mümkündür. Məsələn, qazanc əldə etmək üzrə olan mömin cəmiyyətə və insanlara fərqli bir yöndə faydası olacağını görsə, heç tərəddüd etmədən öz işini bir kənara buraxıb daha təcili olan, ancaq özünə dünyaya görə heç bir mənfəət təmin etməyən xeyirli bir işə yönələr. Yaxud öz ehtiyacları yönündə xərcləmək istədiyi pulu Quran əxlaqının izah edilməsi baxımından daha faydalı və səmərəli olacağını düşündüyü xeyir işə yönləndirər. Budur, şövq sahibi mömin belə bir hadisə qarşısında da öz işlərini bir kənara buraxıb heç bir çətinlik duymadan dinin xidmətinə qaçır.
Belə vəziyyətdə insanın şövqlə öz haqlarından imtina etməsi bütün bunların özünə qazanc olduğunu bilməsindən qaynaqlanır. Bəlkə, maddi baxımdan əldə edəcəyi çoxlu gəliri göz ardı edər, hətta bəlkə də maddi itkiyə uğrayar, lakin hər şeydən önəmlisi tək qazanc olan Allah`ın rizasını qazanar. Ayrıca, mömin malı verənin də, alanın da Allah olduğunu bilir. Ona ruzi verən, malına bərəkət verən və ya qazancını artıran Allah`dır. Dolayısilə, iman edən insanı bu mövzuda heç nə narahat etməz. Allah Quranın "Yaxşı işlər görənləri cənnət və daha artıq mükafat gözləyir..." (Yunis surəsi, 26) ayəsi ilə möminlərin göstərdiyi gözəl əxlaqa və şövqlü cəhdə qarşılıq onlara daha gözəlinin olduğunu bildirmişdir.
Bunu da ifadə etməliyik ki, möminlərin dinin mənfəətlərini öz mənfəətlərindən önəmli tutmaları yalnız maddi mövzularda əsaslı deyil. Bəzən mənəvi yöndə fədakarlıq etmələri də söz mövzusu ola bilər. Məsələn, yorğun, ac və ya yuxusuz olduqları bir vaxtda xidmətə yönəlmələri lazım gələ bilər. Möminlər belə bir vəziyyətdə heç tənbəllik etmədən, ağır tərpənmədən şövqlə dərhal hərəkətə keçərlər. Çünki onlar maddi və ya mənəvi fədakarlıq etməyi bir çətinlik deyil, Allah`ın özləri üçün yaratdığı xüsusi fürsət kimi qiymətləndirirlər. Bunlar Allah`a yaxınlaşmaq və Onun rizasını qazanmaq üçün can atan möminlərin şövqlə gözlədiyi mühitlərdir. Bu səbəblə, öz ehtiyaclarını qarşılaya bilmədiklərinə görə, heç narahat olmadan ən faydalı olan xidmətə doğru yönələrlər. Şübhə yoxdur ki, bu mövzuda göstərdikləri şövq və qərarlılıq imanlarının və dinə səmimi şəkildə sarıldıqlarının göstəricilərindəndir.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən