Möminin şövqü davamlıdır
Möminlər yalnız Allah`a və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır! (Hucurat surəsi, 15)
Yuxarıdakı ayədə də göründüyü kimi, Allah Quranda möminləri iman edib sonra da heç bir şübhəyə düşmədən Allah`ın rizasını qazanmaq üçün səy göstərənlər kimi təyin etmişdir. Möminlərin bu xüsusiyyəti, heç şübhəsiz ki, şövqlü olduqlarını göstərir. Çünki hər nə olursa olsun, bir ömür boyu, həm də heç bir şübhəyə qapılmadan inandıqları dəyərlərə görə səy göstərmələri ancaq imanın qazandırdığı şövqlə mümkün olur.
Möminlərin şövqünə dəstək olan bir başqa səbəb də onların "...Ona (Allah`a) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allah`ın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!" (Əraf surəsi, 56) ayəsində bildirildiyi kimi, həyatlarının sonuna qədər qorxu və ümid arasında yaşamalarıdır. Qorxu ilə ümid arasında yaşamağın mənası isə budur: iman edənlər Allah`ın özlərindən razı olub-olmadığından və cənnətə layiq əxlaq göstərib-göstərmədiklərindən heç vaxt tam əmin ola bilməzlər. Bu səbəblə də hesab günündə Allah`ın əzabı ilə qarşılaşmaqdan çəkinir və davamlı əxlaqlarını gözəlləşdirmək üçün səy göstərirlər. Eyni zamanda, Allah`ın rizasını, sevgisini qazanmaq üçün əllərindən gələn bütün səyi göstərdiklərini vicdani olaraq bilirlər. Buna görə, sonsuz mərhəmət sahibi olan Allah`ın rəhmət və cənnətinə qovuşmağı çox ümid edirlər. Bu iki hissi, yəni qorxu və ümidi eyni anda yaşadıqları üçün heç vaxt göstərdikləri cəhdi kafi bilməz, özlərini səhv və nöqsanlardan uzaq görməzlər. "... Rəbbindən və pis haqq-hesabdan qorxurlar" (Rəd surəsi, 21) ayəsi ilə də bildirildiyi kimi, Allah`ın əzabından çəkinir və dinə şövqlə sarılırlar. Allah qorxusu onları şövqləndirir və beləcə, həvəsdən düşüb zəiflik göstərməsinə mane olur. Allah`ın iman edib saleh əməllərdə olanları cənnətlə müjdələdiyini bilmək də onları canlandırır.
Göründüyü kimi, möminlərin şövqü cahiliyyə cəmiyyətinin şövq anlayışından tamamilə fərqlidir. Onların gəlib keçici həyəcanları ilə müqayisədə möminlərdə Allah inancına dayanan davamlı coşqunluq vardır. Allah`ın bu şövqlərinə qarşı inananlara vəd etdiyi müjdə isə belədir:
"Möminlərə Allah tərəfindən böyük bir mükafat bəxş ediləcəyi ilə müjdə ver!" (Əhzab surəsi, 47)
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən