Güc və qüvvə qazandırır
İnsanlar həyatı boyu özlərini həm zehni, həm də fiziki baxımdan gücləndirə bilmənin üsullarını axtarırlar. Bunun üçün elmin və tibbin bütün imkanlarından istifadə edir, müxtəlif dərmanlar və ya zehni məşqləri ilə irəliləyiş əldə etməyə çalışırlar. Lakin həyatlarının sonuna qədər onları canlı, həyat eşqi ilə dolu, şövqlü saxlayan vasitəni tapa bilmirlər. İnsanı həm zehni, həm də fiziki baxımdan güclü saxlayan şey imandır. İnsanın qəlbindəki Allah qorxusu onu hər an ayıq, gözüaçıq və güclü saxlayır. Allah möminlərə imanlarına və Qurana bağlı olmalarına görə sarsılmaz güc verir. İman gətirənlərin Allah'ın rizasını qazanmaq üçün göstərdikləri istək və şövqləri onlara bu bitib-tükənmək bilməyən gücü qazandırır. Dünya həyatının çox qısa olduğunu, hər an ölə biləcəklərini və hesab gününün yaxınlığını unutmamaları onların zəiflik göstərmədən hər an gümrah və canlı olmalarına kömək edir. İmanın şövqü ilə bir işi qurtardıqda digərinə başlayacaq və dayanmadan xeyirlərdə yarışacaq qədər böyük bir enerji qazanırlar. Qəlblərindəki şövq və həyəcan ilə gecə-gündüz heç fasilə vermədən xeyirli işlər, saleh əməllər edə bilirlər.
Möminlər qazandıqları bu fiziki güclə yanaşı, zehni baxımdan da diqqət və şüur açıqlığı əldə edirlər. Hadisələrin ən dolaşıq tərəflərini asanlıqla görə bilir, heç kimin ağlına gəlməyən həll yolu yarada bilir, hadisələri ən doğru şəkildə təhlil edə bilir, ən doğru nəticələri çıxara bilirlər. Fiziki baxımdan ən yorğun olduqları anlarda belə yaşadıqları şövqün təsiri ilə zehin açıqlığına sahib ola bilirlər. Allah'ın izni ilə hər işlərini ən həssas və mükəmməl şəkildə görərək uğurlu nəticələr əldə edirlər. Qısası, şövqlə gördükləri hər işdə bitməyən əzmkarlıq və güc nümayiş etdirir və heç zəiflik hiss etmirlər. İstədikləri nəticəni əldə etmədikdə isə bunda mütləq bir xeyir olduğunu bilir, əsla ümidsizliyə qapılmır, şövqlərini itirmir və Allah'ın izni ilə dünya həyatının iman gətirənlərin lehinə olacağını bilirlər.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən