Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan...
Allah möminlər arasında yaxşılığa, xeyirə və gözəl olana çağıran bir camaat olmasını əmr etmişdir:
"Qoy, sizin içərinizdən xeyirə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali - İmran surəsi, 104)
Saleh müsəlmanlar Allah'ın bu ayəsi gərəyi insanlara Quran əxlaqının gözəlliyini və cahiliyyə həyat tərzinin yanlışlığını izah etməyə və onları Allah'ın dininə yönəltməyə çalışırlar. Özləri dinin gətirdiyi gözəl əxlaqı yaşadıqları və bunun insanlara necə rahat həyat təqdim etdiyini görə bildikləri üçün həmin hüzur və gözəlliyi digər insanların da yaşamasını istəyirlər. Cəhənnəmin nə qədər qəti həqiqət olduğunu bildikləri üçün bütün insanların Allah'ın razı olacağı bir həyat yaşayaraq cəhənnəmdəki sonsuz əzabdan qorunmalarını istəyirlər.
Onlar üçün yalnız bir insanın belə doğrunu görə bilməsi son dərəcə önəmlidir. Çünki bu insan üçün dünyada etdiklərinə qarşılıq olaraq sonsuz cənnət və ya cəhənnəm həyatı vardır. Buna görə də tək bir insanın belə cəhənnəmdən qurtulub Allah'ın rəhmətinə qovuşa bilməsi üçün sevə-sevə hər cür fədakarlığı edirlər. Lazım olsa, aylarını, illərini gecə-gündüz bu insanın dinə yaxınlaşması və mömin əxlaqını mənimsəməsi üçün sərf edirlər. Eyni şəkildə, yenə sadəcə bir insanın axirəti üçün bütün maddi imkanlarını da böyük şövq və istəklə ortaya qoya bilirlər. Bu isə onlara həm fiziki, həm də mənəvi baxımdan böyük güc qazandırır. Həyatlarının sonuna qədər Allah'ın dinini ən gözəl və hikmətli şəkildə izah etməyə davam edirlər.
Ancaq bunu da ifadə etmək lazımdır ki, bütün cəhdlərinin qarşılığında tək bir insan belə hidayətə qovuşmasa, möminlər yenə də eyni şövqlə təbliğlərinə davam edirlər. Çünki onların məsuliyyəti sadəcə dini izah etməkdir. İnsanlara hidayət verən Allah'dır. Belə ki, Quranda Peyğəmbərimizin (s.ə.v) göstərdiyi ciddi səylərə baxmayaraq, Məkkə müşriklərindən bir çox insanın iman gətirmədiyi və buna qarşılıq Allah'ın " Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır" (Qəsəs surəsi, 56) ayəsi ilə Peyğəmbərimizə bu vəziyyəti xatırlatdığı bildirilir.
Quranda Peyğəmbərimiz (s.ə.v) kimi digər bütün peyğəmbərlərin də təbliğ mövzusunda böyük şövq və həyəcan ilə hərəkət etdiklərinə diqqət çəkilmişdir. Hər biri bunun üçün müxtəlif çətinliklərlə qarşılaşdıqları halda, əsla yollarından dönməmiş, təbliğlərinə davam etmişlər. Əksinə, qövmlərinə doğrunu göstərə bilmək üçün hər yola, hər üsula əl atmışlar. Quranda hz. Nuhun bu mövzudakı ixlaslı cəhdlərinə belə diqqət çəkilmişdir:
O dedi: "Ey Rəbbim, mən xalqımı gecə də, gündüzdə dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə, mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən də, O, çox bağışlayandır. (Nuh surəsi, 5-10)
Ayələrdə göründüyü kimi, hz. Nuh yaşadığı cəmiyyətdəki insanların qəlblərini imana isindirmək üçün şövqlə Allah'ın dinini təbliğ etmişdir. Onların hər dəfə uzaqlaşmalarına baxmayaraq, gecə-gündüz bilmədən Allah'ın böyüklüyünü izah etmişdir. Onlar isə haqqı hər dəfə eşitdikdə inadla bu təbliğlərdən üz çeviriblər. Hz. Nuh Allah'ın əmrini yerinə yetirməkdən, dini təbliğ etməkdən duyduğu şövq və həyəcan sayəsində onların bu hərəkətlərinə fikir verməmiş, sarsılmaz bir qərarlılıq və qətiyyətlə vəzifəsinə davam etmişdir. Təkəbbür göstərmələrinə qarşı, onlara imanı sevdirmənin fərqli yollarını axtarmışdır. Bəzən açıq-aşkar, bəzən də gizli yollarla Allah'ın varlığını izah edərək onları yaşadıqları cahiliyyə sisteminin çətinliklərindən qurtarmaq istəmişdir.
Lakin unutmamaq lazımdır ki, hz. Nuh və onun kimi böyük şövq və ixlasla Allah'ın dinini təbliğ edənlər bunun üçün sərf etdikləri hər kəlmənin, etdikləri hər cəhdin qarşılığını – Allah'ın izni ilə ən gözəl şəkildə alacaqlar. Çünki Allah "Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, ruku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allah'ın qoyduğu hüdudları qoruyan o möminləri müjdələ" (Tövbə surəsi, 112) ayəsində də bildirdiyi kimi, insanlara yaxşılığı əmr edib pis əməllərdən çəkindirənləri rəhməti ilə müjdələmişdir.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən