Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından...
Allah Quran ayələri ilə bütün insanlara hansı əxlaqdan və hansı həyat şəklindən razı olacağını bildirmişdir. Allah`ın bu əmrini ən gözəl şəkildə yerinə yetirənlər yalnız möminlərdir. İnsanların böyük əksəriyyəti isə Allah`ın bəyəndiyi həyat şəklindən xəbərdar olmalarına qarşı bunu göz ardı edirlər. Çünki bu insanların Allah`ın rizasını qazanmaq üçün hədəfləri yoxdur. Möminlərə isə Allah`ın rizasını və sevgisini qazanmaq hər şeydən əhəmiyyətlidir. Buna görə, Quranda bildirilən hər ayəyə ciddi şəkildə əməl edərlər. Bu mövzuda ciddi olmaları şövqlü olduqlarının sübutudur. Belə ki, Allah`ın rizasını qazanmaq üçün nəfslərinə çətin gələn vəziyyətlərdə azacıq da olsun qorxaqlıq göstərməzlər. Əksinə, ən çətin görünən işləri belə böyük şövqlə yerinə yetirərlər.
Möminlərin Allah`ın rizasını qazanmaq mövzusunda nə qədər şövqlü olduqlarını göstərən digər bir diqqəti cəlb edən davranışları da onların həmişə Allah`ın rizasının ən çoxunu axtarmalarıdır. Bunun mənası möminlərin bir çox seçimlə qarşı-qarşıya olduqları vəziyyətlərdə bunların arasından Allah`ın ən çox razı olacağını ümid etdiklərini seçmələridir. Bu mövzudakı ölçüləri isə Quran ayələri və vicdanlarıdır.
Allah Quranda inananlara ən xeyirli və Allah qatında məqbul olan həyat şəklini bildirmiş və beləcə, onlara Öz rizasının ən çoxunu qazanmağın yollarını göstərmişdir. Bundan başqa, möminlərin daxilən həyatlarının sonuna qədər bir an belə ara vermədən onlara ən doğru və ən xeyirli olanı göstərən vicdanları vardır. Vicdan insanı həmişə Allah`ı razı etmək üçün yönəldən bir nemətdir. Şövq sahibi olan insanlar da Qurana və vicdanlarının səslərinə ən gözəl şəkildə tabe olub həmişə Allah`ın ən razı olacağı şəkildə hərəkət edənlərdir.
Möminlərin bu mövzudakı şövqlərinə belə bir nümunə verə bilərik: Allah "Bəndələrimə de gözəl sözlər söyləsinlər..." (İsra surəsi, 53) ayəsi ilə insanların sözün ən gözəlini söyləmələrini bildirmişdir. Yalnız gözəl söz söyləmək insanlara Allah`ın rizasını qazandırır. Ancaq sözün ən gözəlini söyləmək insana Allah`ın rizasının ən çoxunu qazandırır və Allah qatındakı əcrini artırır. Çünki Allah Quranda bu rəftarın daha xeyirli olduğunu bildirmişdir.
Bunun kimi, yenə Allah ayələrdə bir pisliyə misli qədər qarşılıq verilməsinə, ancaq bağışlamağın və qarşı tərəfə nümunəvi rəftar göstərib onu islah etməyin daha xeyirli olduğuna belə diqqət çəkmişdir:
Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa, onun mükafatı Allah`a aiddir. Həqiqətən, O, zalımları sevməz! (Şura surəsi, 40)
Ayədəki ifadədən də aydın olduğu kimi, insana etdiyi pisliyin qarşılığını vermək Allah`ın rizasını qazanmağa uyğun davranışdır. Ancaq buna baxmayaraq, bağışlayıb əfv etmək Allah qatında məqbul sayılır və insana Allah`ın rizasının ən çoxunu qazandırır. İnsanın haqlı olduğu durumda da pislik gördüyü birisini qəzəbini boğub bağışlaması üstün əxlaq göstəricisidir. Çünki belə bir vəziyyətdə insan yalnız Allah`ın rizasını lap çox qazanmaq üçün nəfsinin istəklərinə üstün gəlir və gözəl bir səbir göstərib yumşaq davranır. Bu insan "Əlbəttə, hər kəs səbir edib bağışlasa, bu, çox bəyənilən əməllərdəndir!" (Şura surəsi, 43) ayəsi ilə də bildirildiyi kimi, səbir etməyin və bağışlamağın daha xeyirli olduğunu bilir.
Şövqlü insanların fərqliliyi həmişə ən xeyirli olan davranışları əsla qorxub zəiflik göstərmədən seçmələri ilə ortaya çıxır. Hər hansı mühitdə olmalarından asılı olmayaraq, onlar Allah`ın rizasının ən çoxunu axtarmaqda qərarlılıq göstərirlər. Müsəlmanların imanlarından qaynaqlanan bu şövqlərinə qarşılıq Allah onları qurtuluşa çatdıracağını, qaranlıqlardan nura çıxaracağını və doğru yola çatdıracağını bildirərək onlara müjdə verir:
Allah Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən