Çətinliklər qarşısında daha da şövqlənmələrindən...
Möminlərin iman və şövqlərini göstərən ən əhəmiyyətli dəlillərdən birinin də çətin vaxtlarda göstərdiyi davranış olduğuna toxunduq. Möminlərin bu mövzuda diqqəti cəlb edən bir başqa xüsusiyyəti də çətin durumlarda qorxmadıqları və şövqlərini daha da artırmalarıdır. Bunun əhəmiyyətli səbəbi bu vəziyyətin Allah`ın bir vədi olduğunu bilmələridir.
Allah "Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?..." (Bəqərə surəsi, 214) ayəsi ilə keçmişdə yaşamış möminlərin sınandığı çətinliklərlə imtahan edilmədən insanların cənnətə girə bilməyəcəklərini bildirmişdir. Dolayısilə, möminlərin çətinlik və sıxıntılarla qarşılaşmaları Allah`ın dəyişməz qanunu və dinin gərəyidir. Digər bir sözlə, bu şəkildə sınanmaları möminlərin əhəmiyyətli xüsusiyyətidir.
Allah`ın razı olduğu insan ola bilmək insanın Quranda bildirilən ayələrin hamısını birdən qarşılaşdığı hadisələrdə tətbiqi ilə mümkündür. Bu səbəblə, möminlər Allah`ın peyğəmbərlərə, onlarla birlikdə olan möminlərə və tarix boyunca gəlib-keçmiş bütün inananlara yaşatdığı bu ayələrin öz üzərilərində də təcəlli etməsini istəyərlər. Əlbəttə, özlərini bilərək çətinliyə atmazlar, lakin çətinliklə qarşılaşdıqda bu, onların şövqlərini daha da artırar və imanlarını daha da gücləndirər.
Möminlərin axirətdə yüksək mövqe qazanmaq ümidi onların şövqünün başqa bir səbəbidir. Çünki çətinliklərə rəğmən, Allah`a sadiq qalır, ruhdan düşmədən: "Bu, Allah`ın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!" (Əhzab surəsi, 22) - deyirlər.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən