Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən...
Kitabın əvvəlində hər insanın Allah`a olan imanının və yaxınlığının eyni olmadığına toxunub Allah`a könüldən bağlananlar kimi, qəlbində xəstəlik olanlara da diqqət çəkmişdik. Möminlərin arasında yaşadıqları halda, həqiqətdə iman etməyən bu insanlar dilləri ilə iman etdiklərini deyir, lakin həyatda heç bir hərəkəti ilə bu sözlərini təsdiq etməzlər. Zəif imanları səbəbi ilə Allah`ı razı etmək və dini gərəyi kimi yaşamaq üçün son dərəcə şövqsüz olurlar. Onlar həm sözləri, həm də davranışları ilə iman edənlərin şövqünü qırıb onları ruhdan salmağı istəyərlər. .
Ancaq həqiqətən inananlar nə bu sözlərdən, nə də davranışlardan təsirlənərlər. Çünki onlar Allah`ın "Sən səbir et. Şübhəsiz ki, Allah`ın vədi haqdır. Qoy, qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər" (Rum surəsi, 60) ayəsi ilə bildirdiyi kimi, bəzi insanların şövqsüzlüyünün qəti inanmamalarından qaynaqlandığını bilirlər. Bu səbəblə, şövqlərini itirmirlər və onların dinə xidmət etmədiklərini, Quran əxlaqının yayılması üçün heç bir səy göstərmədiklərini gördükcə möminlərin mübarizə əzmi daha da artır. Həm onlara nümunə olub Quran əxlaqını xatırlatmaq, həm də özləri doğru olanı ən gözəl şəkildə yaşamaq üçün daha da şövqlənərlər.
Dəyərli böyük İslam alimi Bədiüzzaman Səid Nursi Allah rizası üçün səmimi cəhd edənlərin şövqsüz insanlara necə yanaşdığını bir sözündə belə ifadə etmişdir:
"Başqalarının füturu (zəifliyi) və çəkilməsi əhli-himmətin şövqünü, səyini çoxaltmağa səbəbdir. Çünki gedənlərin vəzifələrini bir dərəcə yerinə yetirməyə özünü məcbur bilər və bilməlidir". (Qastamonu əlavəsi, səh 37)
Bədiüzzamanın yuxarıdakı sözü ilə ifadə etdiyi kimi, qəlbində xəstəlik olanların dinə xidmət etməkdən qaçdığı hər şeydə saleh möminlər dinə daha böyük şövqlə xidmət edərlər.
Şövqsüz insanların Quran əxlaqını yaşamaqda və insanlara təbliğdə göstərdikləri zəiflik üzərilərində böyük məsuliyyət olduğunu bir daha xatırladır. Zəif insanların gözəl əxlaqı yaşamaq istəmədiyini görmək möminlərin daha da əxlaqlı olmalarına vasitə olur. Qəti iman etməyənlərin Allah`a və elçilərinə itaətsizliklərinə qarşı inananlar: "Eşitdik, itaət etdik", - deyərlər.
Qəlbən iman etməyənlər başqa mövzularda da möminlər üçün (istəmədən də olsa) xeyirli olurlar. Amma heç bir şəkildə şövqsüzlükləri ilə möminlərə mənfi təsir edə bilməzlər. Çünki müsəlmanlar şövq və imanlarını insanlara görə deyil, Allah`ın rizasını qazanmağa görə nizamlayırlar.
Bundan başqa, möminlər onların zəif imanlarını görməsələr də, yenə də Allah`ın əmrlərini şövqlə yerinə yetirərlər. Ancaq onları görmək möminlərə bir növ xatırlatmadır və bunu xeyir kimi düşünürlər. İmanı zəif olanlar bir tərəfdən axirəti görməzlikdən gəlir, bir tərəfdən də möminlərin şövqünü artırır və onları təşviq edir.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən