Cənnəti düşünməyin verdiyi həyəcan...
Möminlərin ən çox həyəcan duyduqları mövzulardan biri də cənnəti və cənnət nemətlərini düşünməkdir. Çünki cənnət insanlara daha əvvəl dünya həyatında heç rast gəlmədikləri fərqli bir həyat təqdim edir. Orada dünya həyatındakı əskiklik və qüsurların heç biri yoxdur. Çünki cənnət dünya həyatı kimi bir imtahan məkanı olaraq deyil, mükafat yurdu olaraq yaradılmışdır. Bundan əlavə, Allah insanların cənnət üçün darıxmaları və ona qovuşmaq üçün cəhd etmələri üçün dünya həyatını xüsusi olaraq qüsurlu yaratmışdır. Bütün həyatı boyu mükəmməlliyə qovuşmaq arzusu ilə yaşayan insan dünyadakı həyatın bu əskikliklərini gördükcə cənnəti daha da böyük həyəcanla arzulayır.
Möminlər axirətdə cənnətlə birlikdə həyatları boyu böyük cəhd edərək çəkinməyə çalışdıqları cəhənnəm əzabından qurtulmağın sevincini də yaşayacaqlar. Dünya həyatında Allah'ın dininə, Quran əxlaqının yaşanmasına və iman gətirənlərə qarşı mübarizə aparanlar, onlara əzab-əziyyət verməyə cəhd edənlər Allah'ın sonsuz ədalətinin bir təcəllisi olaraq etdiklərinin cəzasını cəhənnəmdə alacaqlar. Quranda bu şəxslərin alacaqları cəza və möminlərin bundan duyacaqları sevinc belə ifadə olunmuşdur:
Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə göz-qaş edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar. Möminləri gördükdə isə deyirdilər: "Həqiqətən, bunlar azmışlardır!" Halbuki, bu günahkarlar onlara gözətçi qoyulmamışdırlar. Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə ətrafa baxacaqlar. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?! (Mutəffifun surəsi, 29-36)
Başqa bir ayədə isə inkarçıların Allah'ın ədaləti ilə cəza almaları və möminlərin qəlblərini şəfaya qovuşduğu bildirilir. Belə ki, Allah'ın bu vədini sadəcə düşünmək belə iman gətirənlərin qəlbində həyəcan yaradır.
Bununla yanaşı, cənnətdə mələklər tərəfindən salam sözləri ilə orada ən gözəl şəkildə qarşılanacaqlarını düşünmək də iman gətirənlərə dərin həzz verir. Həm Allah'ın mələklərini görəcəklər, həm də onlar tərəfindən əbədi yurdları olan cənnətlərə aparılacaqlar. Dünya həyatında Allah'a qulluq etməkdən uzaqlaşanlar əzab və qorxu içində cəhənnəm zəbaniləri tərəfindən qarşılanarkən, möminlər hüzur və rahatlıq içərisində mələklərə tabe olacaqlar. Bunu ümid etmək də onların böyük sevinc duymalarına vəsilə olur. Quranda möminlərin cənnətdə necə qarşılanacaqları belə izah olunur:
Əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: "Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (Rad surəsi, 23-24)
O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: "Sizə salam olsun! Əməllərinizə görə cənnətə girin!" (Nəhl surəsi, 32)
Möminlərin cənnəti düşünərək həyəcanlanmalarının bir səbəbi də, heç şübhəsiz ki, orada onlara vəd edilən nemətlərin bənzərsizliyidir. Lakin bunlardan daha da gözəl olan şey odur ki, onlar həyatı boyu böyük şövqlə arzuladıqları aqibətə qovuşacaq, Rəbbimizin rizasını qazanacaqlar. Allah "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur" (Tövbə surəsi, 100) ayəsi ilə cənnətinə qəbul etdiyi qullarından razı olduğunu müjdələmişdir. Belə ki, Quranda cənnət nemətləri arasında ən böyük nemətin Allah'ın razılığı olduğu bildirilmişdir:
Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları və Ədn bağlarında gözəl məskənlər və etmişdir. Allah'ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. (Tövbə surəsi, 72)
Həmçinin Allah "Üstəlik, rəhmli Rəbb onlara salam deyəcək" (Yasin surəsi, 58) ayəsi ilə iman gətirənlər üçün bir müjdə də vermişdir. Bu, möminlərin həyatı boyu göstərdikləri səmimi cəhdlərinə qarşılıq ala biləcəkləri ən gözəl mükafatdır.
İman gətirənlər Quran ayələri ilə izah olunan, lakin insanın qavrayış sərhədlərinə sığmayan mükəmməlliyə sahib olan cənnətin gözəlliyini düşünməyin həyəcanını da yaşayırlar. Allah orada insan nəfsinin istəyə biləcəyi, ağılın təsəvvür edə biləcəyi hər cür gözəlliyin və nemətin olacağını bildirmişdir. İnsanın dünya həyatındakı məhdud təsəvvürü ilə bu gözəlliklərin növlərini xəyalına gətirməsi isə ancaq müəyyən dərəcəyə qədər mümkündür. Belə ki, cənnət iman gətirən insanlar üçün sonsuz sayda sürprizlərlə doludur. Elə bu sürprizləri düşünmək və bunların – Allah'ın istəməyindən başqa – sonsuza qədər davam edəcəyini bilmək insana böyük həyəcan verir.
Quranda cənnət nemətlərinin bəziləri haqqında möminlərə bildirilmişdir. Məsələn, möminlər cənnətlərdə bütün sevdikləri ilə, dostları ilə birlikdə olacaqlar. Orada bütün peyğəmbərlərlə, şəhidlərlə, əməlisaleh möminlərlə dostluq edəcək və sonsuza qədər də sadəcə Allah'ın razı olduğu bu insanlarla birlikdə yaşayacaqlar. Orada sevgi və dostluğu ən gözəl şəkildə yaşayacaq və əsla bu nemətlərdən bezməyəcəklər.
Şeytanın cənnət xalqı ilə heç bir əlaqəsi olmayacaq və o da sonsuza qədər cəhənnəm atəşində layiq olduğu əzabı yaşayacaq. Oradakı hər kəs etibarlı, Allah'a sadiq və gözəl əxlaqlı olacaq. Pis əxlaq xüsusiyyətlərinin heç birini görmək mümkün olmayacaq, kin, qəzəb, həsəd kimi cahiliyyə xüsusiyyətləri sonsuza qədər yox olacaq. Cənnətdə dünya həyatındakı mübarizə mühitinin bütün çətinlikləri aradan qalxacaq. Hiylə quranların hiyləsini yox etmək üçün mübarizə aparmaq və ya münafiqlərin oyunlarına qarşı diqqətli olmaq kimi cəhdlər göstərmələri lazım olmayacaq. Orada iman gətirənlər sonsuza qədər sadəcə nəfslərinin xoşuna gələn nemətlər içərisində hüzur və ləzzətlə yaşayacaqlar. Bütün insanlar ən gözəl surətlərdə yaradılacaq və dünyadakı bütün insani qüsurlardan təmizlənmiş olacaqlar. Gözəl xasiyyətli, gözəl üzlü, bir-birlərinə çox sevən insanlarla birlikdə olacaqlar. Oradakı heç bir şey dünya həyatının qanunlarına bağlı olmayacaq, bütün səbəblər aradan qalxacaq və yeni həyat, yeni nemətlər yaradılacaq. Oradakı saraylar, taxtlar, döşəklər möhtəşəm gözəllikdə olacaq; baldan çaylar, çox rahat yeyilən və budağından heç vaxt əskilməyən meyvə ağacları və insanın istəyə biləcəyi bir çox nemət olacaq. Bundan başqa, cənnətdə insan ağlının dünyada ikən qavramaqda çətinlik çəkdiyi sonsuzluq yaşanacaq. Yüzlərlə, minlərlə, milyardlarla, trilyonlarla, katrilyonlarla il deyil, trilyon dəfə trilyon il də deyil, heç bitməyən, sonu olmayan sonsuz həyat olacaq. İnsanın dünyada ikən yaşadığı bezginlik, sıxılma kimi hissləri də alınacaq və sonsuza qədər yaşadığı hər andan böyük ləzzət alacaq.
Dünya həyatında cənnətdə sahib olmağı ümid etdikləri bu nemətləri düşünmək möminlərə böyük zövq və həyəcan verir. Bu nemətlərə qovuşmaq həyəcanı ilə daha da şövqlənir və Allah'ın cənnətə layiq qullarından ola bilmək üçün daha çox cəhd edirlər. Quranda əmr edildiyi kimi, "Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin" (Ali-İmran surəsi, 133) ayəsinə uyğun xeyirlərdə yarışır və önə keçənlərdən olmaq üçün cəhd edirlər.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən