İbadətləri yerinə yetirməyin verdiyi həyəcan...
Allah'ı razı salmaq və Onun sevgisini qazana bilmək möminlər üçün hər şeydən vacibdir. Buna görə də bütün həyatı boyu Allah'a daha da yaxınlaşa bilməyin yollarını axtarırlar. Allah "Ey iman gətirənlər! Allah'dan qorxun, Ona vəsilə axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!" (Maidə surəsi, 35) ayəsi ilə möminlərə bunu əmr etmişdir.
Müsəlmanlar Quranda bildirilən ibadətləri yerinə yetirməyi Allah'a yaxınlaşmaq üçün ən vacib vasitə hesab edirlər. Lakin bunun üçün ibadətlərin sadəcə feili olaraq yerinə yetirilməsinin kifayət etmədiyini, səmimiyyət və iman şövqü ilə ibadət etməyin Allah qatında qəbul edildiyini də bilirlər. Belə ki, Allah bir ayəsində möminlərin Allah üçün kəsdikləri qurbanların nə ətlərinin, nə də qanlarının Allah'a çatacağını, əslində, onları Allah'a yaxınlaşdıracaq şeyin qəlblərindəki təqva olduğunu bildirmişdir:

Onların nə əti, nə də qanı Allah'a çatar. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ! (Həcc surəsi, 37)
Bu həqiqəti dərk edən möminlər də Allah qatında dəyərli olan şeylərin səmimiyyət və ixlas olduğunu bilərək hər etdiklərini ibadət zövqü ilə yerinə yetirirlər. Quranda möminlərin ibadətləri tətbiq edərkən hiss etdikləri şövq və həyəcana dair bir çox nümunə verilmişdir. Bunlardan bəziləri növbəti səhifələrdə izah olunacaq.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən