Qəlbində xəstəlik olanların şövqsüzlüyü...
İnsanlardan eləsi də vardır ki, Allah`a şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O, dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. (Həcc surəsi, 11)
Qurandakı bu ayə dinə tam bağlanmayan insanların şövqsüz hallarını təsvir edir. Onlar öz şəxsi mənfəətlərinə görə çox şövqlü ola bilirlər. Lakin mənfəətlərinə zidd gedən bir vəziyyət yarananda, həmin an şövqlərini itirirlər. Allah'a və axirətə səmimi olaraq iman gətirmədikləri üçün belə vəziyyətdə dinin bir çox hökmünü unudurlar. Allah'ın dünya həyatını bir imtahan mühiti kimi yaratdığını, insanı xeyir və şər kimi görünən bir çox hadisə ilə sınayacağını və ancaq gözəl səbir göstərənləri mükafatlandıracağını düşünmürlər. Qəlblərindəki xəstəlik səbəbindən şübhəyə qapılır və Allah'ın köməyindən şübhəyə düşürlər. Allah'a güvənmək yerinə ümidsizləşir və Allah haqqında sui-zənn edirlər. Beləliklə, qəlblərində gizlətməyə çalışdıqları xəstəlik söhbətlərinə də təsir edir. Quranda bu insanların belə vəziyyətdə şövqlərini itirib Allah'ın vədindən şübhəyə düşmələrinə belə örnək verilmişdir:
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: "Allah və Onun Elçisi bizə ancaq yalan vəd vermişdir", - deyirdilər. (Əhzab surəsi, 12)
Əlbəttə ki, göstərdikləri bu hərəkət qəlblərindəki imanın möhkəm olmasından qaynaqlanır. Bu insanlar qarşılaşdıqları hər şeyin onlar üçün bir imtahan olaraq yaradıldığını, həmçinin imtahana verdikləri reaksiyalarla iman gətirənlərin qəlblərində xəstəlik olanlarla fərqləndiyini dərk edə bilmirlər. Qəlbən iman gətirmiş möminləri nə olursa olsun, Allah'a yəqin imanla bağlanmağın və Allah'ın köməyinin yaxın olduğunu bilməyin hüzurunu və şövqünü yaşayırlar.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən