Dini səthi yaşayan insanlar kimlərdir?
Quran ayələrində bu şəxslər "qəlblərində xəstəlik olanlar", "münafiqlər", "ağır tərpənənlər" və ya "geridə qalanlar" olaraq adlandırılır. Ən diqqət çəkici xüsusiyyətlərindən biri isə "...Onlar nə sizdəndirlər, nə də onlardan. (Mücadilə surəsi, 14), "Onlar (imanla küfrün) arasında tərəddüd edir, nə bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf olurlar..." (Nisa surəsi, 143) ayələri ilə bildirildiyi kimi, nə cahiliyyə cəmiyyətinə, nə də mömin camaatına daxil olmalarıdır. Lakin çox qəribədir ki, bu insanlar möminlərin arasında yaşayırlar. Xarici görünüşləri və bəzi rəftarları ilə möminlərin həyat tərzini xatırladan şəkildə yaşayırlar. Əslində, onlara qətiyyən bənzəmirlər. Çünki möminlərin ən bariz xüsusiyyətləri Allah'a olan səmimi iman və sədaqətləri ikən, bu şəxslər qəlblərində belə güclü bir inanc daşımırlar. Nə qədər dilləri ilə bunun tam əksini söyləsələr də, əslində, onlar iman gətirməyiblər. Quranda bu vəziyyət belə təsvir olunur:
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: "Allah'a və axirət gününə inanırıq", - deyirlər. Onlar Allah'ı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və (bunu) anlamırlar. (Bəqərə surəsi, 8-9)
Allah ayələrində bu şəxslərin dilləri ilə söylədiklərinin qəlblərində gizlədiklərindən tamamilə fərqli olduğuna diqqət çəkmişdir. Bunun səbəbi bu şəxslərin qəlblərində olan xəstəlikdir. Quranda bu həqiqət belə izah olunmuşdur:
Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər. (Bəqərə surəsi, 10)
Lakin bu, fiziki deyil, mənəvi xəstəlikdir. Bu xəstəlikdə insan imanı lazım olan kimi qavrayıb yaşaya bilmir. Allah'ın varlığının açıq-aşkar dəlillərini gördüyü halda, qəlbini Allah'a bağlamır, Ondan gərəyi kimi qorxub çəkinmir. Belə ki, Allah'ın dinini tam olaraq yaşamır. Vicdanı ona doğrunu ilham etdiyi halda, nəfsinin istəklərinə təslim olaraq dili ilə təsdiq etdiyi həqiqətləri həyata keçirməkdə zəiflik göstərir. Dünya həyatını və maddi mənfəətlərini, axirətdə qazanacaqları ilə müqayisədə daha yaxın və gözəl görür. Buna görə, dünyanı çox sevir və axirəti arxa plana atır.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən