Ağır tərpənmək bir qazanc deyil, əksinə, böyük ağılsızlıqdır...
Şübhəsiz ki, qəlblərində xəstəlik olan şəxslərin ağır tərpənmələri onların böyük qəflət içərisində olduqlarını göstərir. Allah yolunda edilən hər cəhd insana mümkün olan ən böyük mənfəəti qazandırır. İnsanın şövqlə ortaya qoyduğu əmək ona Allah'ın rizasını qazandırar. Allah razı olduğu qullarına həm dünyada, həm də axirətdə gözəllik və yaxşılıq vəd etmişdir. Belə ki, dünya mənfəətləri əvəzinə, Allah'ın rizasını hədəf seçən bir insan, eyni zamanda, nəfsi adına da mümkün olan ən gözəl qarşılığı alar, dünya həyatının da gözəlliklərini qazanar.
Ancaq bunu da xatırlatmalıyıq ki, saleh möminin şövqü etdiyi cəhdin nəticəsində dünya həyatında mütləq qarşılıq almaq üzərinə qurulmamışdır. Onun üçün Allah'ın razı olacağını bilmək kifayətdir. Bunun qarşılığında, Allah sonsuz bir ədalət, sevgi, rəhmət və lütfün sahibidir. Onun rizası üçün edilən hər şeyin qarşılığını artıqlaması ilə verəndir.
Allah ayələrində tək bir xardal dənəsi və ya tək bir zərrə qədər belə olsa, sərf edilən heç bir əməyin hədər getməyəcəyini belə bildirmişdir:
Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)
Müttəqilərə: "Allah nə nazil etmişdir?" – deyildikdə, onlar: "Xeyir", - deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)
(Loğman dedi:) "Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır. (Loğman surəsi, 16)
İnsanların bir qisminin axirətə hazırlıq mövzusunda ağır tərpənmələri böyük ağılsızlıqdır. Çünki insan nə qədər böyük ciddiyyətlə cəhd etsə, dünyada və axirətdə o qədər böyük və gözəl qarşılıq alacaq. Əks təqdirdə isə sonsuza qədər böyük bir itkiyə məruz qalacaq.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən