Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən...
Allah "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur..." (Mülk surəsi, 2) ayəsi ilə dünya həyatının bir imtahan yeri olduğuna diqqət çəkmişdir. Həqiqətən də dünya həyatında meydana gələn, insanın lehinə və ya əleyhinə kimi görünən müxtəlif hadisələr insanların həqiqi xarakterinin bilinməsi baxımından olduqca əhəmiyyətlidir. Xüsusilə çətinlik anları insanların səmimiyyətlərini ortaya qoyan ən əhəmiyyətli anlardır.
Möminlərin diqqəti cəlb edən xüsusiyyətlərindən biri isə çətin anlarda və firavanlıqda da eyni xarakteri, eyni səmimiyyəti və şövqü sərgiləmələridir. Bunun önəmli səbəbi isə onların çətinlik anlayışına olan fərqli baxış yönləridir. Daha əvvəl də ifadə etdiyimiz kimi, onlar çətin mühitləri Allah`a olan bağlılıqlarını və imanlarının gücünü isbat etmək üçün fürsət kimi qiymətləndirirlər. Bunun qəlbində xəstəlik olanlar ilə Allah`a könüldən iman edənləri bir-birindən ayırmaq üçün Allah`ın xüsusi olaraq yaratdığı bir vəziyyət olduğunu bilirlər. Bu səbəblə, çətinlikləri sıxıntı olaraq deyil, əksinə, nemət və Allah`a yaxınlaşmaq üçün bir yol olaraq görürlər. Qarşılarına çıxan bütün çətinliklərə "Mətanətlə səbir et!" (Məaric surəsi, 5) və "Rəbbin yolunda səbir et" (Muddəssir surəsi, 7) ayələrində də bildirildiyi kimi səbir edir və Allah`a təvəkkül edirlər.
"Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir..." (Bəqərə surəsi, 286) ayəsi ilə xəbər verildiyi kimi, Allah`ın güclərinin çatdığından artıq çətinlik yükləməyəcəyini bilməyin arxayınlığını və rahatlığını yaşayırlar. Əgər başlarına bir çətinlik gəlsə, bilərlər ki, bu, onların güclərinin çatdığı, yenə biləcəyi və səbirlə qarşılaya biləcəyi hadisədir. Buna görə də qarşılarına hər nə qədər çətin hadisə çıxsa da, onlar bu çətinliklə şövqlə mübarizə aparır və hər bir halda Allah`a qarşı təslimiyyətli davranış göstərirlər.
Bununla yanaşı, bütün inananların çətinliklə qarşılaşdığını bilirlər. Allah`ın ayədə vəd etdiyi kimi, əvvəlki qövmlərin qarşılaşdığı hadisələr mütləq öz başlarına da gələcəkdir. Bu həqiqəti bilən mömin hələ bu çətinliklərlə qarşılaşmadan öncə özünü bunlara hazırlayır. İstənilən halda Rəbbimizə sadiq qalacağına, səbir və təvəkküldə qərarlı olacağına və Allah`dan razı olacağına dair Allah`a söz verər. "…Allah`a verilən əhd barəsində mütləq sorğu-sual olunacaqdır!" (Əhzab surəsi, 15) ayəsinin gərəyi kimi də əhdini mütləq yerinə yetirər. Dözülməz aclıq, kasıblıq, qorxu, yaralanmaq və hətta ölüm belə olsa, bundan razı olur və Rəbbimizə qarşı şükürlü davranır. Minlərlə çətinlik ard-arda gəlsə də, bütün həyatı dayanmadan bu çətinliklərin içərisində də keçsə də, o, yenə də bunu bir gözəllik olaraq qiymətləndirir. Çünki bu dünyadakı bir neçə on illik çətinliyə Allah üçün gözəl səbir göstərdiyi təqdirdə sonsuzadək bir anlıq belə heç bir çətinlik yaşamayacağını bilir. Allah`ın diləməsi ilə bu şövqlü davranışı ona nemətlərin ən gözəli olan Allah`ın rizasını, rəhmətini və cənnətini qazandırar. Allah bir ayəsində iman edənləri çətinliklərlə sınayacağını belə xəbər vermişdir:
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)
Ancaq bu mövzuda unudulmaması gərəkən bir xüsus yenə vardır. Möminlərin çətinliklərə səbir etmələri cahiliyyə cəmiyyətinin yaşadığı səbir anlayışından fərqlidir. Çünki cahiliyyə insanları səbir etməyi qarşılaşdıqları çətinliklərə dözmək kimi qiymətləndirirlər. Möminlər üçün çətinliklər əsla dözülməsi deyil, mübarizə ilə aşılması lazım olan hadisələrdir. Bu səbəblə, çətinlikləri aşmaq və firavanlığa qovuşmaq üçün ağıllarından və maddi-mənəvi bütün imkanlarından ən gözəl şəkildə istifadə edib qarşılaşdıqları çətinliyə həll tapmağa çalışarlar. Digər tərəfdən də özlərinə güc verməsi və qarşılaşdıqları çətinlikləri yüngülləşdirməsi üçün Allah`dan kömək diləyərlər. Quranda möminlərin bu dualarına belə yer verilmişdir:
..."Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et! (Bəqərə surəsi, 286)
Budur, möminlərin çətinliklər qarşısında göstərdiyi bu gözəl əxlaq, səmimi cəhd və səbir onların şövqünü göstərən ən əhəmiyyətli əlamətlərdən biridir. Allah`a və axirətə olan inanclarının gücü onların çətinliklər qarşısında heç bir şəkildə qorxmadan sonadək şövqlə mübarizə aparmaqlarına vəsilədir.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən