Ağır tərpənirlər...
Münafiq xarakterli insanlar inanclarındakı azğınlıq səbəbindən möminlərdən tamamilə fərqli və Qurandan çox uzaq bir həyat fəlsəfəsi yaradıblar. Məntiqləri Allah'ın rizasını qazanmaq üçün deyil, nəfslərini razı salmaq və mənfəət əldə etmək üçün işləyir. Dinin mənfəətləri üçün cəhd etməyin mənasız olduğunu düşünürlər.
Axirətin varlığına şübhə ilə inanırlar. Elə buna görə də axirət üçün cəhd edərkən çox çalışacaqlarını, yorulacaqlarını, maddi-mənəvi əmək sərf edəcəklərini, lakin dünyada ikən əllərinə heç bir şeyin keçməyəcəyini, heç nə qazanmayacaqlarını düşünürlər. Dinin mənfəətləri üçün ayıracaqları vaxtı dünyəvi mənfəətlərinə xərcləyərlərsə, daha çox nailiyyət qazanacaqlarını düşünürlər. Əksinin avamlıq olduğunu düşünərək dini mövzuda edəcəkləri hər xeyir işə "Aranızda elələri də vardır ki, ağır tərpənər" (Nisa surəsi, 72) ayəsi ilə də bildirdiyi kimi, laqeyd yanaşır və orta yolu tuturlar. Qısası, dünyəvi mənfəətləri olmayan hər mövzuda olduqca şövqsüzdürlər.
Ehtiyac içində olan, zülm görən insanlara, müsəlmanlara faydalı olmaq üçün cəhd etmələrini tələb edən bir vəziyyətlə qarşılaşanda, mümkün olduğu qədər ağır tərpənirlər. Davamlı çətinlik yaradaraq problemi həll edilməz kimi göstərməyə çalışırlar. Dini yaşamadıqları üçün qarşılarına çıxan bir problemi həll edəcək, bir xeyir işi tamamlayacaq güc və enerjini özlərində tapa bilmirlər. Ya möminləri yarı yolda buraxacaq şəkildə bir anda geri çəkilir, ya da əllərindəki işi mümkün qədər başdansovdu edərək bu həvəssizliklərini ortaya qoyurlar.
Halbuki, şövqsüzlüyü ilə ön plana çıxan insana yaxşı gəlir gətirən bir fabrikin başına keçəcəyi və ona yüksək maaş veriləcəyi deyilərsə, hətta bir də nailiyyət göstərdiyi təqdirdə ona şirkətin şəriklərindən biri olacağı vəd edilərsə, göstərəcəyi rəftar çox fərqli olar. Əlbəttə ki, əldə edəcəyi dünyəvi mənfəətləri düşünməyin verdiyi coşqunluq ilə işinə sahib çıxar. Həll edilməyən mövzular sürətlə həll edilər.
Göründüyü kimi, qəlbində xəstəlik olan bu şəxslərin dinin mənfəətlərinə gəldikdə göstərdikləri ağırlıq ilə öz mənafeləri uğrunda göstərdikləri şövq arasında böyük fərqlər vardır. Bu fərqlilik onların dünya həyatının mənfəətlərini Allah'ın rizasını qazanmaqdan daha üstün görmələrindən qaynaqlanır.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən