Mallarını və canlarını Allah`a təslim etmələrindən...
Mal və can anlayışları cahiliyyə cəmiyyətinin ən əhəmiyyət verdiyi və bəlkə də həyatlarının əsl məqsədi halına gətirdikləri iki əhəmiyyətli mövzudur. Həyatları boyunca bu iki mövzuda etibar əldə edə bilmək və üstünlük qazanmaq üçün yaşayırlar. Necə ki, Quranda mal yığıb cəmiyyətdə etibar qazanmaq insanların çoxunda həvəs olduğuna belə diqqət çəkilmişdir:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)
Quranın "Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz..." (Ali-İmran surəsi, 186) ayəsi ilə bütün bunların insanlar üçün sınaq mövzusu edildiyi bildirilmişdir. Ancaq bu həqiqəti göz ardı edən cahiliyyə cəmiyyəti bu həvəs ucbatından mallarına və canlarına bağlı olurlar. Ən qorxduqları şey sahib olduqları və ya öyündükləri mala zərərin toxunmasıdır. Çünki bu vəziyyətdə həyatdakı əsl məqsədlərini itirərlər. Buna görə, bütün həyatlarını mallarını və canlarını qorumağa və bu yolda mənfəət əldə etməyə həsr edirlər. Bu mövzudakı qərarlı davranışları isə onların dünya həyatını və onun cazibəli bəzəkləri olan mal və can kimi dəyərləri böyük cəhalətlə Allah`ı razı etməkdən daha əhəmiyyətli görmələrindən qaynaqlanır.
Möminlər Allah`ın rizasını və cənnətini qazanmaq üçün cahiliyyənin dəyər verdiyi şeylərdən uzaqdırlar. Çünki onların əsl məqsədi mal və ya mövqe baxımından dünya həyatında etibar qazanmaq deyil, Allah`ın rizasını qazanmaqdır. İman edənlər Allah`a qulluq etmək üçün yaradıldıqlarını və dünya həyatında mal və canları ilə sınandıqlarını bilirlər.
Bununla yanaşı, inanclı bir insan sahib olduğu hər nemətin əsl sahibinin Allah olduğunu bilir. Allah bütün nemətləri onsuz da dünya həyatında istifadə etməsi üçün özünə bir əmanət olaraq vermişdir və dilədiyi anda hamısını geri almağa qadirdir. Çünki Allah kainatdakı hər şeyin hakimidir. İnsanın canı, yəni vücudu onsuz da altmış və ya yetmiş il sonra çürüyüb torpağa qarışacaq, malı isə axirətdə ona heç bir şəkildə fayda verməyəcək. Əgər insan əlindəki imkanları Allah`ın rizasını qazanmaq üçün istifadə edərsə, dünya və axirətdə də gözəlliklə qarşılığını görəcək. Odur ki, bu həqiqətin fərqində olan möminlər mallarını və canlarını Allah yolunda istifadə etmək üçün daha öncədən Allah`a təslim etmişlər və bu da imanlarının şövqündən qaynaqlanır. Quranda bu durum belə izah edilir:
Doğrudan da, Allah möminlərdən cənnət müqabilində onların canlarını və mallarını satın almışdır… (Tövbə surəsi, 111)
Ayənin davamında isə möminlərə sövdələşdikləri alış-verişə görə sevinmələri xatırladılmışdır. Bu səbəblə, möminlər bu müjdənin sevinc və şövqü ilə hərəkət edərlər. Lazım gəldiyində mallarını Allah`ın rizasını qazana biləcəkləri xeyirli işlərdə heç düşünmədən sevə-sevə xərcləyərlər. Canları ilə də sonadək dinə xidmət etməyə və Allah`ın rizasını qazandıran saleh əməllər görməyə çalışarlar. Əlbəttə ki, Allah yolunda lazım gəldiyində mallarına və ya canlarına zərər gələ biləcəyini də bilirlər. Ancaq onlar bunu onsuz da əvvəldən gözə almışlar. Çünki onlar bunu qazanc və gözəllik olaraq görürlər.
Quranda inananların Allah`ın rizasını qazanmaq üçün qarşılaşacaqları hər çətinliyi sevinclə qarşıladıqlarından və bunları bir gözəllik olaraq gördüklərindən belə bəhs edilmişdir:
De: "Allah`ın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O, bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allah`a təvəkkül etsinlər!" De: "Biz Allah`ın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik!" (Tövbə surəsi, 51-52)
Budur, ayədə bildirilən möminlərin bu sözü şövqlərinin gücündən xəbər verir. Möminlərin mal və canlarını şövqlə Allah`a təslim etdiklərinə dair Quranda Peyğəmbərimizin (s.ə.v.) dövründə yaşanan bir nümunə misal verilmişdir. Peyğəmbər əfəndimizin (s.ə.v) dövründə döyüşə getməyi ürəkdən arzu edən, lakin minik üçün hər dəfə Peyğəmbərdən (s.ə.v): "Sizi mindirəcək bir şey tapa bilmirəm", - sözlərini eşidib geri dönən möminlərin vəziyyəti belə bildirilmişdir:
(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: "Sizin minməyiniz üçün bir heyvan tapmıram", - deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur! (Tövbə surəsi, 92)
Bu nümunə saleh bir müsəlmanın Allah yolunda malını və canını sevə-sevə ortaya qoya bildiyinin və bu yolda istək duyduğunun açıq göstəricisidir. Əlbəttə, hər mühitə, hər dövrə görə möminin göstərməsi lazım olan xidmətin şəkli də dəyişir. Məsələn, Peyğəmbərimizin (s.ə.v) dövründəki mühitdə müsəlmanların haqlarının, həqiqətən, müdafiə olunması lazım gəlmişdir. Ancaq içində yaşadığımız dövr fikri mübarizə tələb edir. Odur ki, müsəlmanların şövqlə etməyi lazım olan xidmət fikri sahədə olmalıdır. Quran əxlaqının yaşanması və gözəlliklərinin insanlara izah edilməsi mövzusunda ciddi fədakarlıqlar göstərən hər insan Rəbbimizdən bunun gözəl nəticəsini ümid edə bilər. Quranda dünyada sahib olduqları hər şeyi Allah üçün şövqlə ortaya qoyanların axirətdə alacaqları gözəl qarşılıq belə bildirilmişdir:
Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir! (Hədid surəsi, 11)
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən