Allah`ın yaratma sənətinə olan həyəcan...
İnsan gözünü çevirib baxdığı hər yerdə Allah`ın sənətinin bir-birindən heyran edici dəlilləri ilə qarşılaşır. Bir ayədə Allah belə bildirmişdir:
Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?! (Fussilət surəsi, 53)
Möminlər Allah`ın kainatın hər nöqtəsində yaratdığı nizamın mükəmməlliyi qarşısında həyəcanlanırlar. Çünki onlar bu möcüzələrin ardındakı ağılı, qüdrəti və bənzərsiz sənəti görür və Allah`ın böyüklüyünü düşünməyin zövqünü yaşayırlar.
Belə ki, qəflət halındakı insanların bu möcüzələrə necə laqeyd olduqlarını təəccüblə qarşılayırlar. Əgər bir neçə dəqiqə vicdanlarının səsini dinləyib səmimi düşünsələr, onlar da Allah`ın sənəti və ucalığı qarşısında həyəcanlanarlar. Çünki Quranın bir çox ayəsində də diqqət edildiyi kimi, Allah`ın yaratma sənətindəki qüsursuzluq vicdanına tabe olan hər insanın görə biləcəyi qədər təsirlidir. Möminlərin Allah`ın yaratmasındakı fövqəladəlikləri düşünərkən üzərilərində meydana gələn təsir bir ayədə belə bildirilmişdir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!" (Ali-İmran surəsi, 191)
Vicdanlarının təşviq etdiyi mövzularda səmimi düşünən möminlər ayədə diqqət edildiyi kimi, göylərin və yerin yaradılışının ardında Allah`ın sonsuz hökmranlığı və sonsuz qüvvəti görürlər. Allah`ın bunların hər birində yüzlərlə və minlərlə hikmət saxladığını bilir və bu mükəmməl nizam qarşısında böyük həyəcan duyurlar. Ancaq bu, insanı narahat edən və ya təlaşa salan cahiliyyə həyəcanı deyil, əksinə, insana doğrunu göstərən Rəhmani bir həyəcandır. Bu həyəcan onların Allah`dan başqa qulluq ediləcək başqa ilah olmadığını daha yaxşı düşündüklərinin nəticəsidir. Müsəlmanlar dünyadakı sənə və ehtişamı düşündükcə özlərini yaradan, tək dost və vəkilləri olan Allah`ın qüdrətini, gücünü və böyüklüyünü daha yaxşı anlayırlar. Allah`ı təsbih edib hörmətlə şanını ucaldır və ayədə keçən "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!" (Ali-İmran surəsi, 191) sözləri ilə ifadə edildiyi kimi, əzabından qoruması üçün Allah`a sığınırlar.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən