Quran ayələrini oxuyarkən hiss edilən həyəcan…
Allah Quranda möminlərdən: "Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd səna ilə təriflər deyirlər" (Səcdə surəsi, 15) - deyə bəhs etmişdir. Möminlərin ayələri eşidən kimi səcdəyə qapanmaları, heç şübhəsiz ki, onların imanlarının gücündən və Allah'a qulluq etməkdən aldıqları böyük həzdən qaynaqlanır.
Allah'ın onlara içində heç bir şeyin əskik buraxılmadığı və Allah'ın sözlərindən ibarət bir kitab göndərməsindən böyük həyəcan duyurlar. Həmçinin Quranın hər ayəsinin Allah'ın onlara olan sevgisinin, mərhəmətinin və ədalətinin bir təcəllisi olduğunu bilməyin şövqünü də yaşayırlar. Bundan əlavə, hər şeyi qavraya biləcək şüur açıqlığına sahib olduqlarına görə də ruhən böyük sevinc duyur və Allah'a çox güclü sevgi ilə bağlanırlar. Bu da onların qəlblərinə hüzur gətirir. Quranda iman gətirənlərin Allah'ın ayələri qarşısında duyduqları bu böyük həzz ilə ağlayaraq səcdəyə qapandıqları bildirilmişdir:
De: İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da ondan əvvəl elm verilmiş kimsələrə (ayələr) oxunduğu zaman üzü üstə səcdəyə qapanırlar. (İsra surəsi, 107)
Və: "Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir" –deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır. (İsra surəsi, 108-109)
Allah ayələrin davamında da oxuduqları ayələrin onların Allah'a olan hörmət dolu qorxularının artdığına diqqət çəkmişdir. Yenə başqa ayədə də Allah peyğəmbərlərin Allah'ın ayələri qarşısında duyduqları həyəcanın şiddətindən ağlayaraq səcdəyə qapandıqlarını bildirmişdir:
Onlar Allah'ın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə ər-Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır. (Məryəm surəsi, 58)
Başqa bir ayədə isə möminlərin Quran ayələri qarşısında duyduqları Allah qorxusundan dərilərinin ürpərdiyi belə təsvir olunur:
Allah sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allah'ı yad etməklə dəriləri və qəlbləri yumşalar. Bu, Allah'ın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allah'ın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz. (Zumər surəsi, 23)
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən