Xeyirlərdə yarışıb önə keçmələrindən
Onlar Allah`a, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 114)
Allah`ın Quranda "...Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın..." (Maidə surəsi, 48) əmri ilə diqqət çəkilən yarış cahil cəmiyyətlərdə yaşandığı şəkildə bir-birini əzmək yarışı deyil, tam əksinə, gözəllik və xeyirləri artırmaq yarışıdır. Çünki möminlərin yarışmaqdakı məqsədləri dünyəvi çıxar əldə etmək və ya insanlar arasında üstünlük meydana gətirmək deyil. Onlar yalnız Allah`ın əmrlərini yerinə yetirməkdə, Onun bəyəndiyi əxlaqı yaşamaqda və Rəbbimizi razı etməkdə yarışarlar.
Bu yarış Allah qorxularının və imanlarının gərəyidir. Çünki insanın iman mövzusundakı səmimiyyəti və ixlası Allah`ın rizasını qazanmaq üçün göstərdiyi cəhdlə ölçülür. Allah`a və axirətə iman edən insan daha əvvəl də ifadə etdiyimiz kimi, Allah`ın rizasını ən çoxu ilə qazanmağı və Allah`a ən yaxın insan olmağı hədəf seçər. Allah`ın özündən razı olmasını, özünə rəhmət etməsini və cənnətinə layiq görməsini istər. Bu səbəblə, əlindən gəldiyi qədər cəhd edər. Ağlından, vicdanından və gücündən ən yaxşı şəkildə istifadə edib Quran əxlaqını və dinin hökmlərini ən mükəmməl şəkildə yaşamağa çalışar. Necə ki, Quranda möminləri Allah qatında önə keçirən ünsürün xeyirlərdə yarışmaları olduğu bildirilmişdir:
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)
Ayrıca, "Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər" (Ənbiya surəsi, 90) ayəsi ilə hz. Zəkəriyyanın davranışı nümunə verilmiş və xeyirlərdə yarışmağın peyğəmbərlərdə də görünən bir xüsusiyyət olduğuna diqqət çəkilmişdir. Allah`ın Quranda həyatlarından nümunə verdiyi peyğəmbərlər də həyatlarını Allah`ın rizasını qazanmaq mövzusunda yarış içində keçirmişlər. Özlərinə peyğəmbər əxlaqını nümunə götürən möminlər də eyni şəkildə onların Allah`ın rizasını qazanmaq mövzusunda göstərdikləri bu yolu izləyərlər.
Möminlərin xeyirlərdə yarışmalarının bir başqa səbəbi də dünya həyatının çox qısa, ölümün çox yaxın olduğunu düşünmələridir. Hər an ölə biləcəklərini və Allah`ın rizasını lazımınca qazanmadıqlarından dolayı axirətdə peşman olacaqlarını bilirlər. Çünki axirətə keçdikdən sonra insanın bir daha dünyaya geri dönüb xeyirlərdə yarışması, saleh əməllər görməsi mümkün deyil. Odur ki, müsəlmanlar daha çox xeyir qazanmaq üçün zamanla yarışarlar. Dünya həyatında özlərinə verilən vaxtda çoxlu xeyirli iş görərlər. Bu yöndə qarşılarına çıxan hər işi şövqlə öz üzərinə götürər və hər fürsəti ən yaxşı şəkildə qiymətləndirməyə çalışarlar. Saleh müsəlmanların bir duası Quranda belə ifadə edilmişdir:
Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!" – deyərlər. (Furqan surəsi, 74)
Ayədə göründüyü kimi, inananların Allah`a olan "bizi təqva sahiblərinə öndər et" şəklindəki duaları da onların xeyirlərdə yarışmaq mövzusundakı şövqlərini göstərir.
Müsəlmanlar şövq və qərarlılıqla Allah`ın "(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!" (İnşirah surəsi, 7) əmrini ən gözəl şəkildə yaşayırlar. Boş vaxt keçirməzlər və işlərini kafi görməyib xeyirlərdə yarışarlar. Dünyada keçirdikləri hər dəqiqənin hesabını verəcəklərini, həmçinin vicdanlarına tabe olmadıqları və ya daha xeyirlisi var ikən mənasız iş gördükləri hər ana görə məsuliyyət daşıdıqlarını unutmazlar. Bu səbəblə, öz ehtiyaclarından artıq qalan vaxtlarını davamlı olaraq xeyirli axtarışda keçirərlər.
Allah`ın rizasını qazanmaq üçün vücudi və ya zehni baxımdan yorulmağın insana böyük qazanc olduğunun fərqindədirlər. Bu səbəblə, yorğunluğu sevinc və nəşə ilə qarşılayırlar. Onlar bunu axirət üçün önəmli bir fürsət bilir və şövqlə Allah üçün yorulmağa, bir işi bitirib dərhal Allah`ın rizasını qazandıran başqa işə yönəlməyə davam edərlər. Çünki onlar dünya həyatında göstərdiyi bu ciddi cəhdin "Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti qəbul olunar" (İsra surəsi, 19) ayəsində də bildirildiyi kimi, ən gözəl şəkildə qarşılığını görəcəklərini bilirlər.
Belə saleh qullar Allah`ın izni ilə dünyada ikən dayanmadan yarışıb önə keçmələrinə qarşılıq axirətdə sonsuzadək ən gözəl məkanlarda yerləşəcək və özlərinə nemətlər veriləcəkdir:
Və öndə olanlar. Onlar öndədirlər! Onlar yaxınlaşdırılmış kimsələrdir. Onlar Nəim cənnətlərində olacaqlar. Çoxu əvvəlkilərdən, bir azı da axırıncılardandır. Bəzənmiş taxtlar üstündə qərar tutacaq, onlara söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. (Vaqiə surəsi, 10-16)
Allah dünya həyatında Allah`ın rizasını qazanmaq üçün yorulmağa davam edənlərə axirətdə heç bir yorğunluğun toxunmayacağını da müjdələmişdir:
Onlara orada heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər. (Hicr surəsi, 48)
Elə bir Rəbb ki, Öz lütfü ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət toxunacaqdır! (Fatir surəsi, 35)
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən