İslam birliyi üçün dua
Son günlər dünya gündəmini məşğul edən önəmli mövzulardan biri də Misirdəki qətliamlardır. Günlərdir davam edən, dünyanın isə səssiz qaldığı qətliamlar. Bu barədə eşitməyən demək olar ki, yoxdur. Amma bu zülmun aradan qalxması üçün cəhd edən də çox azdır. Əksər insanlar məsələni dövlətlərin, siyasi xadimlərin, birliklərin, yaxud güc və iqtidar sahibi olanların həll etməyini gözləyir. “Mənim edəcəyim bir şey yoxdur” – deyib, bu xəbərləri sadəcə dərin acı hissi ilə izləyirlər. Halbuki əlindəki imkanlardan asılı olmayaraq, bu zülmlərin aradan qalxması üçün mütləq hamının edəcəyi bir şey var. İmkanları məhdud olanlar bu zülmün aradan qalxması, İslam birliyinin qurulması üçün dua edə, bütün müsəlman bacı və qardaşlarını da bu duaya çağıra bilərlər. Allah sonsuz güc sahibidir və səbəbsiz yaratmağa qadir olandır, eyni zamanda duaları eşidən və icabət edəndir. Və yeganə mütləq güc sahibi Rəbbimiz bir duanı belə vəsilə edib bir məmləkəti dəyişdirməyə qadir olandır.
Burada xüsusi ilə qeyd etmək istədiyim digər nüans isə İslam birliyi adı altında xurafatların, bidətlərin hakim olması deyil, əksinə səhabə İslamının, Qurani-kərimdə bildirilən həqiqi İslam işığının altında birləşməkdir. Əks halda sadəcə bir siyasi rejim digəri ilə evəz edilər, Misirdə olduğu kimi bəlanı bəla ilə aradan qaldırmağa cəhd edilər, axan qanların artmasından savayı isə dəyişən heç nə olmaz. İslam birliyi demək demokratiyanın aradan qaldırılaraq müşrik şəriətinin hakim olması deyil, Allah`ın Qurani-kərimdə əmr etdiyi, səhabə İslamının hakim olmasıdır.
İslam birliyi siyasətlə, intellektual, soyuq siyasi görüşlərlə, danışıqlarla deyil, səmimiyyət, sevgi və imanla qurulacaq bir birlikdir.
Odur ki, hamılıqla yalnız Misirin deyil, bütün müsəlman dövlətlərdəki bəlaların, zülmün aradan qalxması üçün, İslam dünyasının xurafatlardan uzaq, Qurani-kərimdə bildirilən İslam işığının altında birləşməsi üçün dua edək.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən