Quran əxlaqına uyğun cəhd (cihad)
İllərdir xəbərlərdə günahsız insanları öldürən, sonra da bu “qəhrəmanlıq”larını videolara, şəkillərə şəkib paylaşanları izləyirdim. Hazırda isə bu xəbərlərin sayı günbəgün artır. Hər gün bu haqda ən az bir xəbər yayımlanır. Dünyanın müxtəlif bölgələrində günahsız insanların öldürülməsi ilə bağlı xəbərlər verilir. Çox acınacaqlı haldır ki, İslam adına, Allah adına bunu edənlər çoxluq təşkil edir, “Allahu Əkbər” deyib qarşılarındakı müdafiəsiz insanları öldürür, etdiklərinin isə “savab əməl” olduğuna tam əmin olurlar. Bu gün Suriyada, Misirdə, İran-İraqda, Pakistanda sünni-şiə müharibələrində müsəlmanlar müsəlmanları öldürür. Bu insanlar Allahın ayələrindən xəbəri olmayan, dinin əslini bilməyib, yalnış İslam anlayışına sahib olan kəslərdir.
Allah Quranda “Müşrikləri əfv edin və gedəcəkləri yerə əminliklə aparın” - deyə buyurduğu halda, müsəlmanlar bu gün, təəssüf ki, eyni Allahın qulu, eyni dinin mənsubu, eyni Peyğəmbərin ümməti olduqlarını unudurlar...
Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. (Tövbə surəsi 6) Allah Quranda
"...hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur" ( Bəqərə surəsi 32) "...Allahın haram buyurduğu cana nahaq yerə qıymaz..." (Furqan surəsi 68)
"Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlar!" (Nisa surəsi 93) ayələri ilə günahsız insanlari öldürmənin haram olduğunu buyurmuşdur. Heç bir günahı olmayan insanları, hətta körpələri öldürmək özünü müsəlman adlandıran hər kəsə haramdır.
Peyğəmbərimizin (s.ə.v) həyatına, hədislərə, Qurana baxdığımızda bu davranışların İslam əxlaqına uyğun olmadığını görürük.
Uşaqları öldürməyin. Kilsələrində ibadətlə məşğul olan kəslərə toxunmaqdan çəkinin! Qadınları, yaşlanmış piri-faniləri öldürməyin. Ağacları yandırmayın və kəsməyin. Evləri də yıxmayın! (Ramuz əl-hədis, cild 1, 76/12) Dinimiz əfvediciliyi, bağışlamanı təşviq edir. Quranda təxmini olaraq 234 bağışlama ayəsi var, buna qarşılıq cəzalandırma haqqında 117 ayədə bəhs olunur.
Müsəlmanlar Quran əxlaqı ilə yasamağı seçən insanlardır. İslam sözü ərəbcə sülh deməkdir və insanlar Quran ayələri ilə bizə bildirilən sülhün,sevginin,xosgörüşün hakim olacağı İslam əxlaqına dəvət edilirlər.
Allah insanlar arasında heç bir fərq qoymadan ədalətlə hökm etməyi, insanların haqqını qorumağı, yardıma möhtac olanlara kömək etməyi əmr edir.
Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. (Maidə surəsi 8)
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən