Sonsuz kainat, yoxsa biq banq?
Elə bir insan yoxdur ki, kainat haqqında, onun necə meydana gəlməsi haqqında fikirləşməsin. Özünü dərk edən hər bir insan üçün çox vacib bir sualdır bu – Kainat necə əmələ gəlib? Demək olar ki, tarixin hər dövründə bununla bağlı saysız-hesabsız modellər irəli sürülüb. Bu fikirləri iki cərəyana bölmək olar: Biri “sonsuz kainat ” anlayışıdır ki, materialistlərin fikirincə, kainat sonsuzdan bəri var olub, heç kəs tərəfindən yaradılmayıb və sonsuza qədər də mövcud olacaq. İkinci fikir isə kainatın bir Yaradıcı tərəfindən yaradıldığı, başlanğıcı olduğu və bir gün sona çatacağı ilə bağlıdır. Gəlin ikisini də elmi aspektən incələyək.
Baxmayaraq sonsuz kainat anlayışı 20-ci əsrin əvvələrinə qədər qəti şəkildə sübut olunmuş bir fakt kimi qəbul edilirdi, ancaq aparılan bütün müşahidələr və kəşflərin materialistlərin müdafiə etdiyin sonsuz və başlancığı olmayan kainat anlayışı ümidlərini yerlə bir etdi.
1929-cu ildə aparılan müşahidələrdən çıxan nəticə elm dünyasında bomba kimi düşdü. Həmin il Kaliforniya Maunt Vilson (Mount Wilson) rəsədxanasında, amerikalı astronom Edvin Habl (Edwin Hubble) astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habl nəhəng teleskopla kosmosumüşahidə edərkən ulduzların aralarındakı məsafədən asılı olaraq qırmızı rəngə çalan işıq spektriyaydıqlarını müəyyən etdi. Bu kəşf həmin dövrə qədər məlum olan kainat anlayışını kökündənsarsıdacaqdı.
Çünki məlum fizika qanunlarına görə, müşahidə aparılan nöqtəyə doğru hərəkət edən işıq spektribənövşəyi, müşahidə aparılan nöqtədən uzaqlaşan işıqlar isə qırmızı rəngə çalır (müşahidəçidən uzaqlaşan qatarın fit səsinin getdikcə zəifləməsi kimi). Bu qanuna əsasən Hablın müşahidəsi göy cisimlərinin bizdən uzaqlaşdığını göstərirdi. Habl, çox keçmədən daha mühüm faktlarla qarşılaşdı; ulduzlar və qalaktikalarnəinki bizdən, bir-birilərindən də uzaqlaşırdılar. Elmi müşahidələr kainatdakı hər şeyin bir-birindən uzaqlaşdığını aşkar etmişdi. Bu isə bir nəticəni göstərirdi: kainat genişlənirdi!
Hablın kainatın genişlənməsini göstərən kəşfi materialistlərin müdafiə etdiyi sabit, başlanğıcı olmayan kainat modelinin tam əksini göstərirdi. Kainat sanki şişirilən bir şar kimi genişlənir və göy cisimləri də şarın üzərindəki nöqtələr kimi bir-birindən uzaqlaşırdı.
Kainat genişləndiyinə görə zaman içində geriyə doğru getdikdə daha kiçik kainat, daha da geriyə getdikdəbircə nöqtə olurdu. Aparılan hesablamalar kainatın bütün maddəsini içində saxlayan bu tək nöqtənin, güclücazibə qüvvəsinin təsiri ilə sıfır həcmə malik olduğunu göstərdi. Kainat, sıfır həcmə malik bu nöqtənin partlaması nəticəsində meydana gəlmişdi. Bu partlayış “Big Bang” (Böyük Partlayış) adlandırıldı və nəzəriyyəyə də Big Bang nəzəriyyəsi adı verildi.
Beləliklə, elm inkişaf etdikcə ortaya qoyulan faktlar «sabit kainat» nəzəriyyəsini tarixin arxivinə göndərdi. Bundan sonra isə daha vacib suallar meydana çıxmağa başladı ki, onların da ən önəmlisi Böyük Partlayışdan əvvəl nəyin olması ilə bağlı idi. Yəni “Bütün kainat Big Bang-dən sonra yaranmışdısa, bəs onda Big Bang-dən əvvəl nə var idi?”
«Böyük Partlayışdan əvvəl nə var idi» sualının bircə cavabı mövcuddur: yerləri və göyləri böyük bir nizam içində yaradan üstün güc və qüdrət sahibi olan Allah. İnanıb inanmamasından asılı olmayaraq, əksər elm adamları bunu qəbul etmək məcburiyyətindədirlər. Hətta elmi platformada bunu qəbul etməyi özlərinə sığışdırmasalar belə, bəzi fikir və ifadələri onları ələ verir. Məsələn, məşhur ateist filosof Entoni Flu (Anthony Flew) etirafın insanın ruhuna xeyirli olduğunu deyərək, bunları bildirir:
“Etiraf etməyin insan ruhuna müsbət təsir etdiyini deyirlər. Mən də bir etiraf edəcəyəm – ateizm baxımından Big Bang modeli olduqca xoşagəlməzdir. Çünki elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı sübut etmişdir: kainatın bir başlanğıcı olduğu iddiasını.” (Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salla IL: OpeN Court Publishing, 1992, s. 241)
Gəlin bir fikirləşək.. Hansı partlayış nizam yaradıb indiyənə qədər?! Bir partlayış xəbəri eşitdikdə narahat olur və meydana gətirdiyi zərərləri ilə maraqlanırıq. Ölənlər, yaralananlar, dağılan binalar, qırılan şüşələr və s… Yəni bir partlayış olduqda zərər və nizamsızlıq meydana gəlir. Nə qədər güclü olsa da, partlayıcı maddədən istifadə edərək bir şəhəri abad edə bilməzsiniz və ya bir təyyarəni daha təkmil texnoloji səviyyəyə çatdıra bilməzsiniz. Harada baş verməsindən asılı olmayaraq bir partlayışdan sonra həmin yerdə rəngarəng çiçəklərin olduğu, müxtəlif canlıların yaşadığı mənzərə ilə qarşılaşa bilməzsiniz….
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən